Home / QADINLAR  / Seksin yaşı varmı?

Seksin yaşı varmı?

Yaş seksə əngəl deyil. Hətta 40 yaşdan sonra da bu mümkündür. Bəs yaşlaşdıqca seks gücünü necə saxlamaq olar? İDOL.AZ cavab verir. Məlumdur ki, müxtəlif yaş dövrlərində insanın seksə olan münasibəti fərqli olur. Bu normaldır. Beləki, yaş

seksin yaşı
Yaş seksə əngəl deyil. Hətta 40 yaşdan sonra da bu mümkündür. Bəs yaşlaşdıqca seks gücünü necə saxlamaq olar? İDOL.AZ cavab verir.

Məlumdur ki, müxtəlif yaş dövrlərində insanın seksə olan münasibəti fərqli olur. Bu normaldır. Beləki, yaş öz sözünü deyir. Misal üçün əgər 20 yaşında siz hər gün cinsi əlaqəyə girməyə hazırsınız isə, 10 ildən sonra seksə olan təlabat daha az olacaq. Xeyir, seks hələ də kişi üçün arzuolunan olacaq, lakin buna münasibət daha mülayim olacaq.

40 yaşdan sonra, seksopotoloqlara görə “çətin” günlər başlayır. Beləki, bu yaşda qadınların seksə olan təlabatı kişilərdən daha çox olur. Kişilər bu təlabatı ödəməkdə çətinlik çəkirlər. Əsasən buna seksual disfunksiyalar səbəb olur.

50 yaşdan sonra əksər kişilər istədikləri qədər seks ilə məşğul ola bilmirlər. 60 yaşa yaxınlaşdıqca kişilərdə ikinci nəfəs açılır. Əksər kişilər öz seksual güclərini “isbat” etmək üçün gənc qızlarla maraqlanmağa başlayırlar.

70 yaşa yaxınlaşdıqda isə əksər kişilərin seksual həyatı “yox”a enir. Beləki, artıq həyat yoldaşları seksə münasbətləri birmənalı olmur. 80 yaşdan sonra isə əgər yenə ereksiya olursunuz isə, siz seçilmişlərdənsiniz.

Qadınlara gəldikdə isə onlar 20 yaşlarında daha çox diqqətə, hədiyyələrə fikir verirlər. Onların seksə olan təlabatı məhz 30 yaşdan sonra artır. 50 yaşdan sonra seks istəyi azalır, 60 yaşlarda isə bu istək tamamilə yoxa çıxır.

İDOL.AZ kişilərə seksual güclərini daha çox saxlamaq üçün bir neşə məsləhət hazırlamışdır:

Birinci məsləhət. Qida rasionunuza və müəyyən bir rejimlə qidalanmağa fikir verin. Bal, sarımsaq, qoz və s. potensiyanı artıran qidaları daim qəbul edin.

İkinci məsləhət. Daim idmanla məşğul olun. Qaçın, dartının, qantellərlə işləyin. Həkimlərin fikrincə fiziki məşq seksual sağlamlığınızı qoruya bilər.

Üçüncü məsləhət. Məlumdur ki, kişi potensiyası qan dövranı ilə birbaşa əlaqəlidir. Bəzi kişilər qan dövranını yaxşılaşdırmaq üçün dərmanlar qəbul edirlər.

Dördüncü məsləhət. Bəzi kişilər viaqraya üstünlük verirlər. Lakin deyək ki, bunun köməyi müvəqqəti olur və bir müddətdən sonra orqanizm bu dərmanlara öyrəşir, həmçinin ürəyə ziyandır.

Nəticədə, yaş seskə əngəl deyil. Daim seksual bacarığınız olsun istəyirsiniz isə, çalışın seksi unutmayın və müntəzəm olaraq cinsi əlaqəyə girin. Sağlamlığınıza da üstünlük versəniz, sekslə ahıl yaşlara qədər məşğul ola bilərsiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın