Home / İDMAN  / Əyri ştanqa: EZ-qrifin TOP-4 üstünlüyü

Əyri ştanqa: EZ-qrifin TOP-4 üstünlüyü

EZ-qrif adlanan əyri ştanqanı bütün trenajor zallarında görmək olar. Bu ştanqa bitseps və triseps məşqləri üçün olduqca vacibdir. Onun əsas funksiyası biləklərə düşən gücü maksimum azaltmaq və bununla da zədə riskini minimuma endirməkdir. Sizlərə EZ-qrifin əsas

ez qrif
EZ-qrif adlanan əyri ştanqanı bütün trenajor zallarında görmək olar. Bu ştanqa bitseps və triseps məşqləri üçün olduqca vacibdir. Onun əsas funksiyası biləklərə düşən gücü maksimum azaltmaq və bununla da zədə riskini minimuma endirməkdir.

Sizlərə EZ-qrifin əsas üstünlüklərini təqdim edirik:

№1
Belə ştanqanı əldə saxlamaq asandır, bu da məşqi öz nöbəsində asanlaşdırır. Bu ştanqa ilə daha çox çəkiləri qaldırmaq olar.

№2
Bu ştanqa ilə məşhur “şok prinsipi” mümkündür. Mütamadi olaraq əzələlərə öyrəşmədikləri çəki ilə məşq edərək, onların tez bir zamanda inkişafını təmin etmək olar.

№3
EZ-qrif – bitseps və fransız jimi məşqlərində istifadəsi məsləhətdir. Biləklərə düşən gücün az olması nəticəsində amlitudanı maksimal etmək olar.

№4
Bu tip ştanqa daha təhlükəsizdir. Beləki, müxtəlif manevrlar edərək zədədən qoruna bilərsiniz. Misal üçün, fransız jimi zamanı tutuş bu ştanqa ilə daha etibarlıdır, nəinki düz ştanqa ilə.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın