Erməni oliqarxı azərbaycan pullarından imtina edib
Ermənistanın ən varlı insanlarından biri Qaqik Tsarukyan, erməni idmançılarının Bakıda keçiriləcək Avropa Oyunlarındakı xərclərini boynuna götürüb. Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan bunu deyib. Onun sözlərinə görə, Azərbaycanın öncədən bütün idmançıların xərclərinin boynuna almasına
Ermənistanın ən varlı insanlarından biri Qaqik Tsarukyan, erməni idmançılarının Bakıda keçiriləcək Avropa Oyunlarındakı xərclərini boynuna götürüb.
Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan bunu deyib. Onun sözlərinə görə, Azərbaycanın öncədən bütün idmançıların xərclərinin boynuna almasına baxmayaraq, MOK prezidenti Qaqik Tsarukyan bütün xərcləri özünün ödəyəcəyini bəyan edib.
Hal-hazırda heç bir təhlükəsizliklə bağlı problemlərin olmadığını deyən Rostomyan, Bakıda erməni idmançıları güclərini taekvando, atıcılıq, sambo, cüdo, boks, sərbəst və yunan-roma güləşi yarışlarında mübarizə aparacaqlar.(haqqin.az)