Home / QİDA  / Ətli qarabaşaq – özbək sayağı

Ətli qarabaşaq – özbək sayağı

Bugün sizlərə hər bir kişiyə xeyirli olan, xüsusəndə idmanla məşğul olanların əvəzsiz qidası olan qarabaşaq xörəyinin hazırlanması qaydasını təqdim edəcəyik. Fərqli bir reseptdən bəhs ediləcək. Qarabaşaq yarmasından hazırlanan bu ətli qarabaşaq yarması yeməyi, hazırlanma qaydası

ətli qarabaşaq yarması
Bugün sizlərə hər bir kişiyə xeyirli olan, xüsusəndə idmanla məşğul olanların əvəzsiz qidası olan qarabaşaq xörəyinin hazırlanması qaydasını təqdim edəcəyik. Fərqli bir reseptdən bəhs ediləcək. Qarabaşaq yarmasından hazırlanan bu ətli qarabaşaq yarması yeməyi, hazırlanma qaydası olaraq biraz Özbək plovuna da bənzəyir.

Ətli qarabaşaq yarması hazırlamaq üçün lazım olanlar:

Qarabaşaq yarması 1 kiloqram, quzu qabırğası (və ya toyuq əti), sümüksüz ət və s. 0,5 kq, zeytun yağı, baş soğan, kök 0,5 kq, su 2 litr, duz, istiot, zir.

Ətli qarabaşaq yarması hazırlanma qaydası

Ətli qarabaşaq yarması yeməyi hazırlamaq üçün quzu qabırğaları doğranıb yuyulduqdan sonra orta ölçülü doğranılır. Qazana yağ əlavə edilir və sümüklü quzu qabırğa qızardılır. Tam bişməmiş ocağın üzərindən götürülür.

Baş soğanlar soyulur. Soyulduqdan sonra baş soğan doğranılır. Bir tavaya yağ əlavə edilir. Yağ isindikdən sonra doğranan soğanlar buraya əlavə edilir. Soğanların rəngi dəyişənə qədər qızardılır.

Soğan bişirilən qazana yarımçıq qızarmış ət əlavə edilir. Vam odda soğanla ət bişirilir. Soğanın içərisinə qarışdırılmış ətin bişməsinə çox az vaxt qalanda, soğanla ət olan qazana duz, istiot, zirə əlavə edilir və qarışdırılır.

Yerkökü əvvəlcə təmiz yuyulur, qabığı incə bir şəkildə soyulur. Qabığı soyulan yerkökü kiçik ölçüdə doğranılır və soğanlı ət olan qazana əlavə edilir. Qazana çox az miqdarda su əlavə edilir. Köklərin də bərabər səviyyədə bişməsi üçün arada qarışdırılır.

Qarabaşaq yarması yuyulur, süzülür. Suyu süzülən qarabaşaq yarması bir tavada orta şiddətli odda qovrulur. Qarabaşaq yarması yaxşıca qovrulduqdan sonra içərisində soğanla ət olan qazana əlavə edilir. Burada qarabaşaq yarmasına duz əlavə edilir.

Bundan sonra ətli qarabaşaq yarmasına su əlavə etmək lazımdır. Xörəyə su əlavə edərkən bir dəfədə 2 litr suyun hamısını istifadə etmək düzgün deyil. Suyu azmiqdarda əlavə edin, ehtiyac olduğunda yenidən əlavə etmək lazımdır. Qarabaşaq yarması vam odda bişməlidir.

Təqribən 40 dəqiqədən sonra içərisində ətli qarabaşaq yarması olan qazanın qapağı açılır. Ətli qarabaşaq yarmasının üzərində qaşıqla bir dəlik açılır və buraya kərə yağ qoyulur. Qazanın qapağı örtülür, kərə yağın əriyib bütün qarabaşaq yarmasını islatması gözlənilir. Bundan sonra yeməyiniz hazırdır. Nuş olsun! (1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın