Home / QADINLAR  / Seks faktlar

Seks faktlar

Kişilər və qadınlarda güclü seks istəyinin saatları, seksdən imtinanın səbəbləri və sair bu yazımızda. Kişilər və qadınlar güclü seks istəyini fərqli saatlarda olur Mütəxəssislər 2300 insan arasında sorğu apararaq, onların daha çox günün hansı saatlarda seks istəyinin

seks faktlar
Kişilər və qadınlarda güclü seks istəyinin saatları, seksdən imtinanın səbəbləri və sair bu yazımızda.

Kişilər və qadınlar güclü seks istəyini fərqli saatlarda olur

Mütəxəssislər 2300 insan arasında sorğu apararaq, onların daha çox günün hansı saatlarda seks istəyinin gücləndiyini müəyyən ediblər. Nəticəyə görə, qadınlar daha çox seks ilə axşam saat 11 gecə saat 2 arası məşğul olmaq istədiklərini deyiblər. Bunun əksi olaraq, kişilərin seksə daha çox meyili səhər saat 6 – 9 arası olur.

68% qadın və 63% kişi həyatlarında onların libidosuna əks olan əks cins nümayəndələri ilə görüşüblər. Beləki, kişilər səhər tezdən seksi sevdikləri halda, yalnız 11% qadın səhərlər seksə üstünlük veriblər. Qadınlarda isə seksin pik nöqtəsinin axşam saatlarında olmasına baxmayaraq, yalnız 16% kişi bu saatlarda seks ilə məşğul olmağa razı olub.

Bir həftə aparılan araşdırmada müəyyən olunub ki, yarıdan çox kişilərdə seksual istək daimi olsa da, 36% qadında bu onların əhvalından asılı olub.

Qadınların seksdən imtinasının 4 səbəbi

Qadınlar tez-tez özlərinə və kişilərə seksdə imtina edə bilirlər. Mütəxəssislər bunun 4 əsas səbəbini araşdırıb və təqdim etmişlər.

Birinci yerdə intiqamdır. Beləki, qadınlar öz kişilərini seksdən imtina etməklə cəzalandırırlar. Lakin alimlər iddia edirlər ki, bu taktikadan tez-tez istifadə həm kişilərə, həm də qadınlara ziyandır.

İkinci yerdə çətin günlərdir. Qadın xəstəliyi qadınlarda seksə istəyi azaldır. Həkimlər xəbərdar edir, belə günlərdə seks ilə məşğul olmaq olduqca təhlükəlidir.

Üçüncü yerdə qadın qorxusudur. Bir çox qadınlar intim yaxınlıqdan qorxduqları üçün çəkinirlər. Qadınları həmçinin hamiləlik qorxusu seksdən uzaqlaşdırır. Bəzən, qadınlara psixoloq köməyi belə lazım olur.

Dördüncü yerdə anormallıqdır. Bəzi qadınlarda anadangəlmə anormallıqlar olur. Bu səbəbdən onlar seksdən tamamilə imtina edirlər. Həmçinin seksdən imtinaya sistit və s. ağır xəstəliklər səbəb ola bilər. Hər halda həkimə müraciət etmək mütləqdir.

Qadın vaginası seksin azlığından daralırmı?

Bir çoxları qadınlarda seksin uzun müddət olmaması vaginanın daralmasına səbəb olduğunu düşünürlər. Bu fikir tamamilə səhvdir. Bütün qadınlarda orqanizm eynidir və vagina hər seksdən sonra öz formasını alır.

Vagina yalnız iki səbəbdən genişlənir. Birincisi doğuşdan sonra. Beləki, doğuş edən qadının vaginası 6 aydan sonra öz əvvəlki formasını ala bilir. İkincisi isə yaş faktorudur. Beləki, qadın yaşlaşdıqca hormon səviyyəsi azalır və nəticədə vaginal əzələlər zəifləyərək, daralmağa meyilli olmurlar.

Ac qadın seksdə daha aktivdir

Kaliforniya alimlərinin apardığı araşdırmaya görə özünə heç bir qidada korluq etməyən və pəhriz saxlayan qadın arasında seks aktivliyi fərqlidir. Beləki, bədən quruluşuna fikir verən və daim pəhrizini qoruyan qadınlar seksdə daha aktiv olurlar. Aclıq nəticəsində qadın hormonları aktivləşir və seks zamanı ifraz olunan endorfin kaloriy aclığını “öldürür”.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın