Home / SAĞLAMLIQ  / Daim sağlam olmağın 11 üsulu

Daim sağlam olmağın 11 üsulu

Xəstələnməyi sevmirsiniz? Onda bizim yazımıza diqqət yetirin. Yeyin Süni yetişdirilmiş meyvə-tərəvəz insan orqanizmini mineral və vitaminlər ilə təmin etmir. Bu səbəbdən təbii məhsullara üstünlük verin, polivitaminlər qəbul edin, həkim ilə məsləhətləşin. Yaxşı çay dəmləyin Çin onkoloqlar iddia edirlər ki,

sağlam kişi
Xəstələnməyi sevmirsiniz? Onda bizim yazımıza diqqət yetirin.

Yeyin
Süni yetişdirilmiş meyvə-tərəvəz insan orqanizmini mineral və vitaminlər ilə təmin etmir. Bu səbəbdən təbii məhsullara üstünlük verin, polivitaminlər qəbul edin, həkim ilə məsləhətləşin.

Yaxşı çay dəmləyin
Çin onkoloqlar iddia edirlər ki, isti çay mədə xərçəngi riskini 15% azaldır.

Linzanı axıra saxlayın
Linzalarınızı gözünüzə tam yuyunduqdan, çimdikdən, əl-üzünüzü yuduqdan sonra taxın. Bakteriyalar nəmişliyi sevirlər, unutmayın.

Rahatlaşın
Düz söykənəcəkli oturacaqda oturmaq, bel sütunu problemlərinə bir addımdır. Çalışın kreslodan istifadə edin və mütamadi olaraq rahatlaşaraq, istirahət edin.

Boğazınızı yoxlayın
Amerika həkimləri müəyyən ediblər ki, qalxanvari vəzilərin aktivliyində olan cüzi yavaşlama ürək-damar xəstəliklərinə səbəb ola bilər. Bu xəstəliyə tutulma imkanını 65% artırır. Mütamadi qan analizi verməlisiniz ki, problemi vaxtında aşkar edəsiniz.

Təbii olanını seçin
Bir çox hava təravətləndiriciləri təbii hormonal proseslərə mənfi təsir göstərir. Təbii yağlardan, quru güllərdən istifadə edin.

Pozaları dəyişin
Divanda uzanmaq – əlbəttə hamının haqqıdır. Lakin çalışın eyni vəziyyətdə oturmayın ki, ayaqlarınız və əlləriniz uyuşmasın, qan dövranınız pozulmasın.

Spreylərdən uzaq olun
İspan alimləri belə bir qərara gəliblər ki, sprey təmizləyici vasitələrindən istifadə astma xəstəliyinə tutulma imkanını 76% artırır.

Brokkoli yeyin
Bilin ki, yalnız buxarda bişmiş brokkoli xərçəngə qarşı təsirini 30% artırır, suda pörtlənmişdə isə əks proses gedir.

Blender almayın
Daha az sərt qida qəbulu damağ və diş zəifliyinə gətirir.

Yuxu həddini bilin
Çox yatmaq, az yatmaq qədər ziyandır. Normal yuxu müddəti 7-9 saatdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın