Home / QADINLAR  / İlk gecənin qaydaları

İlk gecənin qaydaları

Hər bir ailənin həyatında elə anlar, saatlar, dəqiqələr var ki, ailəni monolit və xöşbəxt edə və ya dibindən vurub yıxa bilər. Belə anların birinə birinci toy gecəsi aiddir. Onore de Balzak belə yazırdı: "Nigahın müqəddaratı birinci

toy gecəsi
Hər bir ailənin həyatında elə anlar, saatlar, dəqiqələr var ki, ailəni monolit və xöşbəxt edə və ya dibindən vurub yıxa bilər. Belə anların birinə birinci toy gecəsi aiddir.

Onore de Balzak belə yazırdı: “Nigahın müqəddaratı birinci toy gecəsində həll olunur”. Hətta müəyyən faiz hallarda gələcək həyat yoldaşlarının ilk intim yaxınlığı toydan əvvəl baş verdiyi hallarda belə və əgər təzə evlənənlərin biri və ya ikisi də müəyyən cinsi həyat təcrübəsinə malik olduğu halda, birinci toy gecəsi heç də gələcəkdə olacaq adi ər-arvad gecəsi deyil. O – birincidir.

Bizlər əsrlərdən bəri davam edən adət-ənənələri ilə yaşayırıq: elçilik, evlilik, birinci toy gecəsi və s. Təəssüf ki, ölkə əhalisinin böyük hissəsi ailə həyatı üçün hazır deyil. Mühüm problemlərdən biri – birinci toy gecəsidir. Məhz uğursuz cinsi debüt ən müxtəlif psixoloji və seksoloji problemlərin səbəbidir. Buna görə də ölkədə viroqamiya (bakir nigah) geniş yayılmışdır, bu zaman nigaha daxil olmuş kişi və qadın uzun müddət ərzində cinsi yaxınlıq edə bilmirlər.

Jan Jak Russo deyirdi: “Bakirəlik – qadına anadan olduğu zaman qismətinə düşən ən böyük cehizdir”.

Kifayət qədər çoxlu sayda kişilərdə birinci toy gecəsi müxtəlif problemlər, qorxular meydana çıxır, bunlar da ereksiyanın itirilməsinə səbəb olur və sürətli sperma axını, uğursuzluq, kişilik mənsubiyyətini təsdiq etməmək qorxusu ilə xarakterizə olunur.

Birinci toy gecəsində uğursuzluqların səbəbləri

Birinci toy gecəsində kişilərdə əmələ gələn problemlərin səbəbləri aşağıdakılardır:

1. İntim şəraitin olmaması;
2. Qarşıda duran “hesabat”, yəni cinsi əlaqənin müvəffəqiyyəti haqqında, gəlinin bəkarəti haqqında düşüncələr;
3. Öz seksual bacarığı, ereksiyanın sabitliyi, bakirəlik pərdəsini açmaq qabiliyyəti və gəlini seksual cəhətdən təmin etməyə görə qorxu.
4. Gəlinin müqavimət göstərdiyi, onun gərginliyi zamanı yaranan problemlər;
5. Cinsi yaxınlığın yubadılması zamanı yaranan problemlər, xüsusilə də cinsi təcrübənin olmadığı kişilərdə;
6. Çox zaman qızın bəkarətinə ən başdan şübhə ilə baxan kişilərdə bakirəliyinin təsdiq olunması, onun yoxlanılması;
7. Cinsi yolla ötürülən xəstəliklə gəlini yoluxdurma qorxusu;
8. Qan, qanaxma qorxusu.

Birinci toy gecəsində cinsi əlaqəyə aid məsləhətlər

Birinci toy gecəsinə əsaslı şəkildə hazırlaşmaq lazımdır. Birincisi, cinsi akt zamanı kişi əminliklə hərəkət etməli, müəyyən təzyiq nümayiş etdirməli və yalnız özünün deyil, həm də xanımının yerinə qərarlar qəbul etməlidir. Eyni zamanda qadın qorxudan başını itirməməlidir və kişini özündən itələməməlidir ki, kişi güc tətbiq etməyə məcbur qalmasın. Birinci toy gecəsində ən yaxşı poza: qadının ayaqları yana aralanmalı və dizləri qatlanaraq döş qəfəsinə sıxılmalıdır.

Dr. Orxan Ağabəyov

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın