Home / QİDA  / Ramazanda necə qidalanmalı

Ramazanda necə qidalanmalı

Salamaleykum, qarşıdan 11 ayın sultanı ramazan ayı gəlir inanclı insanlar üçün özəl bir aydır. Ramazanda necə qidalanmaq yəni imsakda (sahurda) və iftarda bizə zərər verməyəcək şəkildə qidalanma haqqında yazını təqdim edirik. İmsakda necə qidalanaq. Birincisi nəzərə

ramazanda qidalanmaq
Salamaleykum, qarşıdan 11 ayın sultanı ramazan ayı gəlir inanclı insanlar üçün özəl bir aydır. Ramazanda necə qidalanmaq yəni imsakda (sahurda) və iftarda bizə zərər verməyəcək şəkildə qidalanma haqqında yazını təqdim edirik.

İmsakda necə qidalanaq.

Birincisi nəzərə almaq lazımdır ki, bu vaxtdakı oruc yəni yay orucu həm müddəti uzun həm də isti hava ilə müşaət olunur. Buna görə də mütləq imsaka durmaq lazımdır. Səhər yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq lazımdır, kəpəkli çörək yeyilməlidir çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec sorulur bu uzun zaman ac qalmaq üçün faydalıdır ağ çörək 4 dəfə tez sorulduğundan qanda şəkərin miqdqrı yeməkdən sonra çox qalxır və tez də düşür. Yumurtaya üstünlük verilməlidir suda qaynadılmış olsa daha yaxşı, yumurtanın tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur suda qaynadılmış parça ətdə bu yöndən faydalıdır. 3-4 ədəd xurma faydalıdır, xurmada həm karbohidrat, həm zülal həmdə az miqdarda yağ vardır. Kəpəkli makaron, yerli düyü çox faydalıdır. Duzsuz pendir, qaymaq smetan yemək faydalıdır. Süddə bişmiş yulaf vəya müsli yemək də faydalıdır. Bol bol su içilməlidir, köp olmamaq üçün razyana ilə çobanyasyığı qarışıqlı çay içmək məsləhətdir, susuzluğun qarşısını almaq üçün limonlu çay və ya məkkəgülü dəmlənmiş çay içmək məsləhətdir.

1 xörək qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suya tökün üzərinə 2 ədəd çubuq darçın 2ədəd alma və 2 xörək qaşığı bal və şəkər tozu əlavə edin zəif odun üzərində 5 dəq qaynadın sonra soyuducuya qoyun səhər imsakda için. Bu içki həm dadlı həm də susuzluğun qarşısını almaq üçün əla vasitədir.

İftarda nə yeməli.

İftar 2 hissəyə bölünməlidir. Birdən birə mədəni çox yükləmək olmaz çünki aclıq zamanı metabolizm (maddələr mübadiləsi) zəifləyir bu zaman köp sancılar və qəbizlik baş verə bilər. Yeməyə su ilə başlayın sonra sulu yeməklərə üstünlük verin çalışın süfrənizdə mövsümi meyvələr bol olsun qatıq, ayran, salat, göyərti olsun. Mədəsində qıcqırma olan varsa qatığı kefirlə əvəzləsin. Sulu yeməkdən sonra biraz istirahət edin bu zaman idman hərəkətləri çox faydalıdır və həzmə kömək edir. Bundan sonra enerjili yeməklər yeyə bilərsiniz yenə də ağ çörək istifadə etməyin lifli yeməklərə meyvələrə və quru meyvələrdən yeyin. Yeməkdən sonra köpün, qəbizliyin və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri istərsəniz tək-tək istərsəniz hansını tapa bilsəniz bir birinə qarışdırıb çay dəmləyib içə bilərsiniz. Yaxşı qidalanmaq lazımdır çünki sabah yenə oruc tutulmalıdır. ALLAH oruclarınızı qəbul etsin inşallah!

Fizuli Hüseynov

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın