Home / XƏBƏRLƏR  / Dominika Tsıbulkova Bakıya gəlir

Dominika Tsıbulkova Bakıya gəlir

Beləliklə, Bakı Tennis Akademiyasının kortlarında keçirilən WTA International seriyalı tennis turniri bu il iyul ayının 20-27-si tarixlərində baş tutacaq. 250 min ABŞ dolları uduş fondu olan turnirdə dünyanın tanınmış tennisçiləri iştirak edəcəklər. Bu il Bakıya 2014

dominika cibulkova baku cup 2015
Beləliklə, Bakı Tennis Akademiyasının kortlarında keçirilən WTA International seriyalı tennis turniri bu il iyul ayının 20-27-si tarixlərində baş tutacaq.

250 min ABŞ dolları uduş fondu olan turnirdə dünyanın tanınmış tennisçiləri iştirak edəcəklər. Bu il Bakıya 2014 Avstraliya Çempionatının finalçısı Dominika Tsıbulkova (Slovakiya), Françeska Skyavone (İtaliya), Boyana Yovanovski (Serbiya), Roberta Vinçi (İtaliya) gəlməyə hazırlaşır.

20-ə yaxın ölkədən gələcək tennisçilər arasında həmçinin belçikalı Yanina Vikmayer və Kristen Flipkensi qeyd etmək olar, ötən il yarımfinalda oynayan Stefani Voegele (İsveçrə), Anastasiya Pavlyuçenkova (Rusiya Federasiyası), Monika Nikulesko (Rumıniya), Kurumi Nara (Yaponiya), Klara Koukalova (Çexiya) kimi tennisçiləri qeyd etmək lazımdır. Bu il güclü tennisçilərin iştirakı olacaq turnirdə, gərgin və maraqlı mübarizələr tamaşaçıları kortlara cəlb etməlidir.

Qeyd edək ki, daha öncə Bakıya gələn ən yüksək reytinqli tennisçi Vera Zvonareva (Rusiya Federasiya) olmuşdur ki, 2011-ci ildə keçirilən turnirdə o, dünya 3-cüsü qismində çıxış edirdi. Bu il də onun gəlişi gözlənilir, baxmayaraq ki, artıq 1 ildən çoxdu zədə səbəbi ilə kortlarda az görsənir.

Bakıda bu turnir bu il 5-ci və sonuncu dəfə keçiriləcək. Beləki, növbəti ildən Bakıdakı turniri Çinin Nançanq şəhərində keçiriləcək turnir əvəz edəcək. Baku Cup turnirinin daha öncəki qalibləri Vera Zvonareva (RUS-2011), Boyana Yovanovski (SRB-2012), Elina Svitolina (UKR-2013,2014) olmuşdurlar.

Heydər Rzayev – tennis eksperti

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın