Home / QİDA  / Noxudlu soyuq şorba

Noxudlu soyuq şorba

Ramazan ayı davam edir. Bir çoxları doğru olaraq, iftara sulu yemək ilə başlayır. Bugün sizlərə əsl yay şorbası olan, noxudlu soyuq şorbanın hazırlanma qaydasını təqdim edəcəyik. Lazım olanlar: 1 stəkan buğda, 1 stəkan suda bişmiş noxud,

Noxudlu soyuq şorba
Ramazan ayı davam edir. Bir çoxları doğru olaraq, iftara sulu yemək ilə başlayır. Bugün sizlərə əsl yay şorbası olan, noxudlu soyuq şorbanın hazırlanma qaydasını təqdim edəcəyik.

Lazım olanlar: 1 stəkan buğda, 1 stəkan suda bişmiş noxud, 1 çimdik dirrik pərpərəni (semizotu) (pərpətöyün), 1,5 kiloqram qatıq, zeytun yağı, su, duz, qırmızı bibər.

Hazırlanması:
Buğdanı təqribən 30-45 dəqiqə vam odda bişirin. Sonra bişmiş buğdaya bir əvvəlki gündən suda gözlədilib ondan sonra suda qaynadılmış noxudu əlavə edin. Buğda və noxud bişdikdən sonra ocağı söndürün və ilıqlanmasını gözləyin.

Qatığı geniş bir qaba qoyun. Çırpma teli vasitəsi ilə yaxşıca çırpıb qarışdırın. Pərpətöyünü incə incə doğrayın. İncə doğranmış pərpətöyünləri çırpılan qatığa əlavə edin və qarışdırın. İlıqlaşan buğda və noxudu da pərpətöyünlü qatığa əlavə edn. Bundan sonra soyuq su əlavə edin və qatılığını bu şəkildə tənzimləyin. Şorbaya duz və zeytun yağı da əlavə edin. Üzərinə toz qırmızı bibər əlavə edin və bu şəkildə yeyin. Nuş olsun!(1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın