Home / BİZNES  / Stres ilə mübarizə

Stres ilə mübarizə

Özünüzü əzilmiş və inamsız hiss edirsiniz? Krizis, iqlim dəyişikliyi, karyera və şəxsi həyat sizi stresə salır. Stres ilə necə mübarizə aparmalı və xoşbəxt olmalı? Stres nədir? Hər bir insan stres keçirib. Lakin bunun mənasını bir iki sözlə

stres
Özünüzü əzilmiş və inamsız hiss edirsiniz? Krizis, iqlim dəyişikliyi, karyera və şəxsi həyat sizi stresə salır. Stres ilə necə mübarizə aparmalı və xoşbəxt olmalı?

Stres nədir?

Hər bir insan stres keçirib. Lakin bunun mənasını bir iki sözlə açmaq olmaz. Stres – vəziyyətin yaratdığı istənilməyən bir təzyiqdir.

Stres zamanı qana adrenalin və kortizol hormonları atılır. Bu qorxu, ağır qadırma, mübarizə zamanı mümkün olan hallardır ki, stres insan oğlunu daş dövründən belə izləyir.

Orqanizm daim fiziki yüklənməyə hazır olduğu halda, biz gün boyu kompüter qarşısında oturur, evə avtomobil və ya ictimai nəqliyyat vasitəsi ilə gedirik, baxmayaraq ki, orqanizm evə tam gücü ilə qaçmağa hazırdır. Beyin buna reaksiya verir və bununla da daha çox stres əlamətləri ortaya çıxır. Emosional stres yaranır. Bununla necə mübarizə aparmalı?

Stresə qarşı nəfəs məşqlərini yerinə yetirin.

Stres nəfəs ritmində özünü büruzə verir. Beləki, əsəbi zamanı siz daha tez-tez nəfəs alıb-verməyə başlayırsınız. Bunun üçün nəfəsinizi tənzimləyin. Hətta cüzi dəyişiklik insan orqanizminin biokimyasında hiss olunur. Hər şey dəqiqələr və hətta saniyələr içində baş verir. Yorğunluq, barmaqlarda iynələmə hissi, diqqətin yayılması, qərarsızlıq, beyində boşluq hissi. Bu səbəbdən nəfəsin tənzimlənməsi bir çox stres simptonlarından xilas edir.

Biz bütün günü stres içində oluruq. Tez-tez danışırıq, tələsərək yeyirik, çox işləyirik. Zaman üzərində nəzarəti ələ alın.

— Nəyin harda olduğunu bilin və səliqəli olun.

— Özünüzə vaxt qoymayın, özünüzə biraz sərbəstlik verin.

— İmkan daxilində eyni zamanda bir neçə iş ilə məşğul olmayın.

— İş siyahısını tutaraq, vacib və vacib olmayanlara ayırın.

— Üstünlüyə görə görəcəyiniz işləri seçin, bəzi işləri iş yoldaşlarınızın etməsini xahiş edin.

— Lazım gələrsə “yox” deyin.

— Gününüzü və hətta həftənizi əvvəlcədən planlaşdırın.

— Daimi olaraq qidalanın. Xüsusən də səhər və nahar yeməklərini buraxmayın.

— Kofeini çox qəbul etməyin.

— Daim xoşunuza gələn işləri görün – özünüzə vaxt ayırın.

— Yaxşı yuxu möcüzələr yaradır.

— Əgər gecəyə qədər işləmisiniz isə, yuxunuzu mütləq alın.

— Sevdiyiniz daimi fiziki yük sizə huzur gətirəcək.

— Mümkün olan zaman lift əvəzinə pilləkənlərdən istifadə edin.

— Həmkarlarınız ilə çatda və ya maildə yox, tet-a-tet danışmağa öyrəşin ki, masa arxasından durmağa səbəb olsun.

— Görüşlərinizi oturaraq deyil, gəzərək keçirməyə çalışın.

— Maşını təyin olan yerdən biraz aralı park edin və ya bir dayanacaq daha tez düşün ki, biraz ayaqla gəzmiş olasınız.

— İş zamanı rahatlaşmağa fikir verin. Gözlərinzi bağlayın və 10-a qədər sayaraq, stresi uzaqlaşdırın.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın