Home / SAĞLAMLIQ  / Uşaqlıqdan qalma kişi xəstəlikləri

Uşaqlıqdan qalma kişi xəstəlikləri

Bəzən "uşaq-uşaq" adlandırdığımız xəstəliklər keçmişdə qalmır. Sızanaqlar Yeniyetmə oğlanların yarısından çoxunda cinsi inkişaf zamanı üz, çiyin və kürək nahiyələrində sızanaqlar əmələ gəlir. Lakin artıq 23 yaşına qədər bu problemlər əksəriyyətində keçir və yalnız 10%-ında qalır. Əgər sizə

kişilərdə qızılca
Bəzən “uşaq-uşaq” adlandırdığımız xəstəliklər keçmişdə qalmır.

Sızanaqlar

Yeniyetmə oğlanların yarısından çoxunda cinsi inkişaf zamanı üz, çiyin və kürək nahiyələrində sızanaqlar əmələ gəlir. Lakin artıq 23 yaşına qədər bu problemlər əksəriyyətində keçir və yalnız 10%-ında qalır. Əgər sizə sızanaqlar “pensiya” yaşınızda yenidən qayıdıblarsa, səbəbi aydındır – dəriniz yağlanıb və nəfəs ala bilmir. Çox güman ki, qastrit və ya disbakteriozunuz var. Həmçinin qara ciyərin düzgün işləməməsi nəticəsində də belə problemlər yarana bilər. Mütləq terapevtə və əgər sızanaqlar dərindirlərsə dermatoloqa müraciət etməlisiniz. Sızanaqları sıxmağa çalışmayın, izlər ömürlük qala bilər, infeksiya düşər.

Uzağı görmək zəifliyi

Miopiya – görmə defektidir, bu zaman işıq şuaları gözün bəbəyindən keçərək, bir nöqtədə kəsişmirlər. Əsas buna səbəb göz almasının forması ilə bağlıdır – uzadılmış. Uşaqlıqda göz böyüyür və əgər siz bu müddət ərzində çoxlu kitab oxuyur, kompüterlə məşğul olur və televizora baxırsınız isə bu problem sizdən yan keçməyəcək. Lakin 20 yaşdan sonra da göz zəifliyi baş verə bilər. Beləki, buna səbəb müxtəlif baş və göz zədələri ola bilər. Həmçinin miopiya həzm prosesinin pozğunluğu nəticəsində də baş verə bilər. Beləki, şəkər xəstələrində katarakta inkişaf edir ki, o da nəticədə miopiyaya çevrilə bilir. 40 yaşdan sonra kişilərdə göz təzyiqi problemi kəskinləşir, yaxşı olardı ki, ildə ən azı bir dəfə bu istiqamətdə həkimə müraciət olunsun.

Adenoidlər

Siz soyuqlamısınız, lakin dərmanlarla sağaldınız, burnunuz artıq axmır, buna baxmayaraq nəfəs almaqda çətinlik çəkirsiniz. Açıq ağızla yatmalı olursunuz, xorulduyursunuz.

Badamcıq vəzisi – uşaqlar üçün mütləq olan və burundan nəfəs alındığı zaman mikroblar ilə mübarizə aparandır. 18-20 yaşlara yaxın artıq immun sistemi möhkəm olanlarda bu vəzidən demək olar ki, heçnə qalmır. Lakin bəzən bu vəzi qalıqları soyuqlayır və buna adenoid xəstəliyi deyirlər. Böyüklər arasında hər 5 nəfərdən birində bu problem yaranır və çoxları buna fikir vermirlər, çox səhv addımdır. Soyuq havada soyuq qidalar qəbul etməməlisiniz, ayaqlarınız tam quru olmasına nəzər yetirməlisniz, apteklərdə satılan dəniz suyu ilə burnunuzu yumalısınız. Həmçinin bu allergiya da ola bilər. Burun boşluğunun şişməsi nəticəsində nəfəs almaqda çətinlik çəkə bilərsiniz. İstənilən halda həkimə müraciət etməlisiniz, çünki burundan nəfəsi bərpa etmək lazımdır.

Kor bağırsağın soyuqlaması (appendiks)

Qəflətən qarnınız ağrıdı, göbək ətrafında sancılarınız var, no-şpa kömək etmir. Bir neçə saatdan sonra ağrı sağa və biraz aşağı keçdi. Sol tərəfə uzana bilmirsiniz, qarnınızda ağırlıq var, sağ ayağın üstünə basanda sancılanırsız. Qızdırmanız qalxıb.

Kor bağırsağın soyuqlaması adətən 18-30 yaşlarında daha çox rast gəlinir. Beləki, ildə hər min nəfərə beş xəstə düşür. Adətən uşaqlıqda artıq kor bağırsaqdan azad olurlar, lakin bunun ziyan olduğu həkimlər tərəfindən təsdiqlənmişdir. Kor bağırsağın soyuqlaması dünyada profilaktikası olmayan ən nadir xəstəliklərdən biridir. Yaxşı olar ki, yuxarıdakı simptomları hiss etdiyiniz zaman, dərhal həkimə müraciət edəsiniz, əks halda həyatı təhlükə daşıya bilər.

Enurez

Əgə səhər durmusunuz və yerinizin yaş olduğunu görürsünüz isə, dərhal həkimə müraciət etməlisiniz. Beləki, buna səbəb bel sütünunun zədəsi, xroniki böyrək xəstəlikləri, sidik kisəsi problemləri və yaxud epilepsiya ola bilər. Həkimin yanına gedərək, əsas xəstəlikləri müalicə etmək mütləqdir. Həmçinin enurez spirtli içkilərdən çox istifadə zamanı baş verə bilər. Beləki, bu zaman insan özünü idarə edə bilmir.

Badamcıq vəziləri (qlandalar)

Yemək yeyə və su içə bilməyəcəyiniz qədər boğazınız ağrıyır. Boğazınız bütün qırmızıdır. Əgər uşaqlıqda badamcıqlarınızı kəsiblərsə, bu halların baş verməsindən qormağa ehtiyac yoxdur, yox əgər belə bir şey olmayıbsa, siz risk altındasınız. Adenoidlər ilə olduğu kimi xəstəliyin inkişafı zamanı həkimə müraciət etməlisiniz, çünki buna səbəb farinqit də ola bilər.

Qorxmalı olduğunuz daha 6 uşaqlıq xəstəlikləri

Suçiçəyi
Böyüklər çox ağır keçirirlər bu xəstəliyi – qızdırma 39-dan çox olur, bədəndə suluqlamalar baş verir, həmçinin ağız boşluğunda, baş nahiyəsində, cinsi orqanlarda. Əgər uşaqlıqda bu xəstəliyə tutulmamısınız isə, bu kimi xəstələrə yaxın durmayın, xəstəliyin keçmə riski 100%-a yaxındır.

Məxmərək
Qızdırma qalxır, oynaqlar ağrıyır, limfalar soyuqluyur. Ətrafdakılardan uzaq olun, çünki məxmərək keçicidir. Bu xəstəliyə tutulan kişilərdə böyük problemlər yaranmasa da, qadınlar üçün riskli xəstəlikdir, xüsusən də hamiləlik dövründə.

Xanazır (Свинка)
Yüksək qızdırma, şişmiş üz, yumurtalıqların soyuqlaması təhlükəsi. Beləki, bu xəstəlik kişilərdə sonsuzluğa gətirib çıxarda bilər. Həmçinin xanazır xəsətəliyi pankreatit xəstəliyinə səbəb ola bilər. Keçiciliyi yüksək olan xəstəlik deyil, əsas olan biraz məsafə saxlamaqdır.

Göyöskürək
Yeganə xəstəlikdir ki, böyüklər uşaqlardan daha rahat keçirir. Sadəcə öskürəkdən hər tərəfiniz ağrıyır. Əsas pnevmoniyaya keçməsinin qarşısı alınmalıdır. Tibbi maskadan istifadə etsəniz ətrafdakıları qorumuş olacaqsınız.

Qızılca
Həm böyüklər, həm də kiçiklər tərəfindən ağır keçirilən xəstəlikdir. Yüksək qızdırma, öskürək, işıqdanqorxma kimi simptomları var. Keçicidir, tibbi maskadan istifadə etməyiniz məsləhətdir.

Skarlatin
Xəstələnsəniz, məcbur pəhrizdə oturacaqsınız, çünki boğaz o qədər ağrıyır ki, udquna bilə bilmirsiniz. Otit, revmatizm, ürək qüsuru, böyrək xəstəlikləri riskini daşıyır. Bu xəstəliyə tutulmuş insanlardan və onların istifadə etdikləri əşyalardan uzaq durmağınız məsləhətdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın