Home / QİDA  / Səhər yeməyi – kartoflu omlet

Səhər yeməyi – kartoflu omlet

Hər bir güclü kişi, səhərlər "güclü" yeməlidir. Yumurta isə kişi üçün səhər yeməylərinin ayrılmaz və vacib məhsullardan biridir. Bugün sizlərə kartoflu omletin sadə reseptini təqdim edirik. Lazım olan ərzaqlar: kartof 1 ədəd, un 1 xörək qaşığı,

kartoflu omlet
Hər bir güclü kişi, səhərlər “güclü” yeməlidir. Yumurta isə kişi üçün səhər yeməylərinin ayrılmaz və vacib məhsullardan biridir. Bugün sizlərə kartoflu omletin sadə reseptini təqdim edirik.

Lazım olan ərzaqlar: kartof 1 ədəd, un 1 xörək qaşığı, yumurta 1 ədəd, kərə yağı, duz.

Kartoflu omlet hazırlamaq qaydası:

1. Kartofu əvvəlcə yuyun. Sonra kartofun qabığını soyun. Qabığını soyduğunuz kartofu mətbəx rəndəsindən keçirin.

2. Rəndələdiyiniz kartofun içərisinə un, yumurta və duz vurun. Kartof rəndəsi, yumurta və duzu bir birinə yaxşıca qarışdırın.

3. Dibi yapışmayan (teflon) tavaya biraz kərə yağı qoyun. Ocağı yandırın. Kərə yağını əridin. Kərə yağı əridikdən sonra hazırladığınız kartof rəndəli, yumurtalı un və duzlu qarışığı kərə yağlı tavaya əlavə edin.

4. Yapışmayan tavanın qapağını örtün. Omletin hər iki tərəfi bişib qızarana qədər vam odda bişirin.

5. Qızarıb bişən omleti isti – isti süfrəyə verin.

Nuş olsun. (1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın