Home / İDMAN  / Yerdən jim: TOP-10 üsulu

Yerdən jim: TOP-10 üsulu

Eyni cür məşq etməkdən bezmisiniz? Belə şeylər olur. Bugün sizə yerdən jimin müxtəlif üsullarını təqdim edəcəyik. Məşqinizə rəng qatmağı öyrənin və pozitiv olun. Enli tutuş Çiyin və qol əzələləri az səviyyədə gücə düşürlər. Əksər güc sinə əzələlərinə

jimin növləri
Eyni cür məşq etməkdən bezmisiniz? Belə şeylər olur. Bugün sizə yerdən jimin müxtəlif üsullarını təqdim edəcəyik. Məşqinizə rəng qatmağı öyrənin və pozitiv olun.

Enli tutuş

Çiyin və qol əzələləri az səviyyədə gücə düşürlər. Əksər güc sinə əzələlərinə düşür. Əsas olan kürəyinizin yerə doğru sallanmasına icazə verməyin və çanağınızı yuxarıda saxlayın. Qollarınız 90 dərəcə qatlanana qədər aşağı enin.

yerdən jim_1

Dar tutuş

Bu üsul daha çox triseps əzəllərinin ikişafı üçün nəzərdə tutulub. Tarazlığı saxlamaq üçün ayaqlarınızı biraz aralı saxlaya bilərsiniz.

yerdən jim_2

Barmaqlar üzərində

Bu üsul sinə, bilək və çiyinaltı əzələləri bərkidir. Əllərinizi çiyin səviyyəsindən biraz enli tutun.

yerdən jim_3

Yumuruqlarınız üstündə

Bir çoxları məşqdən sonra bilək ağrılarından şikayətlənirlər. Həlli – yumuruqlarla məşq. Bu zaman güc barmaq sümüklərinə düşür. Əlinizin altına yumuşaq bir şey qoymağı unutmayın. Yadda saxlayın ki, bu məşq üsulu çiyin və sinə üçün işləyir.

yerdən jim_4

Öndə əlçamaqla jim

Bu partlayışlı (polimetrik) məşq gələcəkdə sinə, çiyin və triseps əzələlərinin inkişafına yararlıdır. Tarazlığı saxlamaq üçün ayaqları biraz aralı qoymağa icazə var.

yerdən jim_5

Kürəyin arxasında əlçalmaqla jim

Bəli, bu realdır. Hətta bəziləri həm öndə və həmdə arxada əlçalmaqla (eyni təkrarda) jim etməyi bacarırlar.

yerdən jim_6

Bir ayaq üstünə jim

Çətin olan tarazlığın saxlanılmasıdır. Pres, sinə və qol əzələlərinə işləyir.

yerdən jim_7

Bir əl üstündə

Triseps, sinə və çiyinaltı əzələlərini bərkidir. Bu məşqi yalnız adi jimi mükəmməl edən edə bilər, əks halda zədə almaq imkanı yüksəkdir.

yerdən jim_8

Ayaqlar hündürlükdə

Bu üsulla sinənin üstünü və qollarınızı inkişaf etdirə bilərsiniz. Ayaqlarınızı istənilən hündür bir yerə qoyaraq məşq edin. Yerə toxunana qədər aşağı enin və çalışın ayağınızın altındakı qaçmasın.

yerdən jim_9

Növbəli jim

Məşq əllərdə qantel ilə yerinə yetirilir. Yerdən qalxan zaman növbəli hər əlinizi yığın və yana aparın. Eyni anda kürək, çiyin və qol əzələləriniz işləyəcək.

yerdən jim_10

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın