Home / QADINLAR  / Yüksək ereksiya

Yüksək ereksiya

O səhərlər özü yaranır, alkoqol və atıq çəkini sevmir, möhkəm və xoşbəxt ailənin təməli hesab olunur. Alkoqol ereksiyaya ziyandır. Əgər içki sizin kefinizi açırsa da, unutmayın ki, sizin ereksiyanıza mənfi təsir göstərir. Çoxlu alkoqol qəbul etdiyiniz

yuksək ereksiya
O səhərlər özü yaranır, alkoqol və atıq çəkini sevmir, möhkəm və xoşbəxt ailənin təməli hesab olunur.

Alkoqol ereksiyaya ziyandır. Əgər içki sizin kefinizi açırsa da, unutmayın ki, sizin ereksiyanıza mənfi təsir göstərir. Çoxlu alkoqol qəbul etdiyiniz zaman ereksiya gecikir, onu saxlamaq çətin olur, eakulyasiyaya bəzən nail olmaq olmur.

Ereksiya bütün istiqamətlərdə ola bilər. Yuxarı, aşağı, sağa, sola – normal ereksiya olunmuş penisin istiqaməti yoxdur. Bu cinsi orqanının bağlarında asılıdır.

Artıq çəki ereksiyaya mənfi təsir göstərir. Testosteronun yüksək olması yüksək ereksiyaya kömək olur. Lakin artıq çəkinin yaranması bu hormona mənfi təsir edir. Kök kişilərin qanında testosteronun səviyyəsi normal çəkili kişilərdən 1,5 nq/ml azdır.

Özü əmələgələn ereksiya. Ereksiya gecə 2-3 dəfə ola bilər. Sonuncu, ən hiss olunanı səhər tezdəndir. Bu ömür boyu belə olacaq, sadəcə yaş artıqca intensivliyini itirəcək. Bu ereksiya sisteminin fəaliyyət sazlığından xəbər verir.

Ereksiyanın davamlılığı hər kəsdə fərqlidir. Bir kişilər 15 dəqiqə seks ilə məşğul ola bilirlərsə, digərlərində bu proses bir saata qədər davam edə bilir. Buna nəinki genetik amillər, həm də fiziolji, psixoloji amillər təsir edir. Depresiya ereksiyaya mənfi təsir göstərən ən böyük amildir. Çoxlu işləmək, yorğunluq seksə belə marağı öldürə bilər.

Velosiped idmanı ereksiyaya mənfi təsir edir. İş ondadır ki, uzunmüddətli velogəzintinin nəticəsində penisə qan axını azalır, qan durmasına səbəb olur ki, nəticədə ereksiyanı azaldır.

Araşdırmalar göstərib ki, öz xarici görünüşündən və cinsi orqanının ölçüsündən razı olan hər bir kişi, ereksiya ilə problemlər yaşamır.

Yüksək ereksiya ürək-damar sisteminin düzgün fəaliyyəti nəticəsində mümkündür. Təmiz havada qaçmaq ürək fəaliyyətinin bərpa və profilaktikası üçün yaxşıdır.

80% siqaret çəkən kişilər nəsilartırma funksiyalarında problemlər yaşayırlar. Siqaret damar tutulmalarına səbəb olur ki, nəticədə yenə penisə qan axını azalır.

Beləliklə, ereksiya pozuntuları əsasən ürək-damar xəstəliyi olan kişilərdə, hipertoniya və xolesterinin yüksək səviyyəsindən əziyyət çəkən kişilərdə daha çox rast gəlinir. Kök insanlarda testosteron qadın hormonu estradiola çevrilir. Həmçinin prezervativin istifadəsi zamanı ereksiya gecikə bilər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın