Home / QİDA  / Dondurmanı qatıqdan hazırlayın

Dondurmanı qatıqdan hazırlayın

Yay mövsümü sona yaxınlaşır. Lakin dondurma eşqi hələ də tükənmir. Bugün sizlərə evdə hazırlaya biləyəcəyiniz qatıqlı dondrmanın reseptini təqdim edirik. Bunun üçün lazım olan ərzaqlar: 3 su stəkanı qatıq, 1,5 su stəkanı şəkər tozu, 2 dənə

qatıqdan dondurma
Yay mövsümü sona yaxınlaşır. Lakin dondurma eşqi hələ də tükənmir. Bugün sizlərə evdə hazırlaya biləyəcəyiniz qatıqlı dondrmanın reseptini təqdim edirik.

Bunun üçün lazım olan ərzaqlar: 3 su stəkanı qatıq, 1,5 su stəkanı şəkər tozu, 2 dənə limon qabığının rəndəsi, 2 ədət limonun suyu, istəyə uyğun olaraq fındıq, qoz, badam, üzüm, təzə mövsüm meyvələri, yaxud da quru meyvələr.

Hazırlanma qaydası:
Qatıqlı dondurma üçün susuz qatıqdan istifadə etmək daha məqsədə uyğundur. Süzmədən və ya evdə hazırlanan qatıqdan da istifadə edə bilərsiniz. Şəkər istifadə etmək istəməyənlər istəyə görə bal və bəhməzdən də istifadə edə bilərlər.

Dondurmanı hazırlamaq üçün əvvəlcə hansı qatıqdan istifadə edəcəyinizi müəyyənləşdirməniz lazımdır. Əgər istifadə edəcəyiniz qatıqda qaymaq varsa qaymağı çəngəllə möhkəm əzin və qatığın içərisində tamamən əriyib qarışmasına çalışın.
Əvvəlcə qatığı bir az qarışdırın. Sonra qatığın içərisinə şəkəri (istəyə görə istifadə edəcəyiniz ərzağı), rəndələnmiş limon qabığını, limon suyunu da qataraq geniş bir qabda şəkər əriyənə qədər və bütün ərzaqlar tamamən qarışana qədər qarışdırın.

Hazırladığınız qarışığı geniş bir kasaya qoyub soyuducuda 8-10 saat ərzində saxlayın. Soyuducudan çıxarılan dondurmanı kasalara paylaşdırıb üstünə istəyə görə və zövqünüzə uyğun təzə meyvə, quru meyvə, ya da fındıq, qoz, üzüm ilə bəzəyə bilərsiniz. Nuş olsun! (1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın