Home / QADINLAR  / Seksdə mükəmməl olmaq

Seksdə mükəmməl olmaq

Sizin əzələli olub olmamağınız, yaraşıqlı olub olmamağınız, orqanınızın ölçüsü seks bacarıqlarınıza heç bir təsiri yoxdur. Müharibədə hansı silahdan istifadə etməyiniz yox, ondan necə istifadə etməyiniz vacibdir. Əlbəttə, yaxşı fiziki inkişaf etmiş bədən sizə üstünlük verəcək, lakin

best sex

Sizin əzələli olub olmamağınız, yaraşıqlı olub olmamağınız, orqanınızın ölçüsü seks bacarıqlarınıza heç bir təsiri yoxdur. Müharibədə hansı silahdan istifadə etməyiniz yox, ondan necə istifadə etməyiniz vacibdir.

Əlbəttə, yaxşı fiziki inkişaf etmiş bədən sizə üstünlük verəcək, lakin sizin idmanla aranız yoxdursa da heyifslənmək lazım deyil. Sizin qadınlarla uğurunuz, sizin onu necə başa düşüb, hiss etməyinizdən asılı olacaq. Əgər siz tər tökərək hər ikinizi orqazma çatdırmağa çalışırsınız isə və bu zaman qadın taxta kimi uzanıbsa, səhv olan nəsə var. Öz hərəkətlərinizdən başqa, qadının buna reaksiyasına da fikir verməlisiniz. Çalışın öz hərəkətləriniz ilə qadının bundan aldığı həzz effekti ilə əlaqə qurmağı bacarasınız.

Əgər:
* Heç bir effekt yoxdursa – başqa bir şey sınayın.

* Az bir effekt – effekti gücləndirəcək poza və yeri axtarın.

* Əla effekt – orqazma çatana qədər hərəkətə davam edin.

Hər bir kişi onun barədə seksual, yataqda əvəzolunmaz kimi deyilməsini istəyir. Bunun üçün etməlidir:

1. Önsevişmə – bu seksdə çox vacib bir etapdır. Bunun köməyi ilə hər iki tərəf əsas cinsi birləşməyə tam hazır olurlar. Xoş sözlər, öpüşlər, toxunuşlar ehtirası artırır və qadını daha da sərbəstləşdirir. İcazə verin qadın özü hazır olduğunu sizə desin. Bu zaman o, orqazma da asanlıqla çatacaqdır.

2. Qadının bədənini öyrənin, onun hisslərini başa düşün. Toxunuşlar zamanı qadının reaksiyası olduqca vacib məqamdır. Bunu bilən kişi yataqda qadına unutulmaz hisslər yaşada bilər.

3. Qadının reaksiyasına uyğun hərəkət edin.

4. Əgər sizin nəsə xoşunuza gəlmirsə, hərəkətləriniz ilə qadına bildirin. Seks qarşılıqlı həzz olmalıdır.

5. Qadının istəklərini soruşmaqdan çəkinməyin. Əgər siz özünüzü itirmisiniz isə və nə edəcəyinizi bilmirsiniz isə, qadından soruşun, ona vəziyyəti ələ almağa imkan verin. Ola bilsin ki, sizin xəyallarınız üst-üstə düşür.

6. Ehtiyatlı olun, qadını zədələməyin – ağrı və həzz eyni şey deyil. Çox aqresiv olmayın, bilin ki, bu hər qadının xoşuna gəlmir.

7. Qayğı və hörmət – yataqda vacibdir. Lakin qadınla sına biləcək bahalı büllur kimi də rəftar etməyin. Hərdən yavaşca saçından dartın, boğazından dişləyin, yanından vurun. Fantazıyalarınızı boğmayın.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın