Home / QİDA  / Yer üzündə cənnət meyvəsi üzüm

Yer üzündə cənnət meyvəsi üzüm

İndi üzümün yetişən vaxtı olduğundan üzüm haqqında yazmağa qərara gəldik. Tanınmış həkim Fizuli Hüseynov deyir ki, üzümü bol-bol yeməklə özünüzü bir çox xəstəliklərdən qoruya bilərsiniz. Üzümün təkibində 22-25 faiz qlükoza vardır bu da bizim toxumalarımız üçün

üzümün xeyiri

İndi üzümün yetişən vaxtı olduğundan üzüm haqqında yazmağa qərara gəldik. Tanınmış həkim Fizuli Hüseynov deyir ki, üzümü bol-bol yeməklə özünüzü bir çox xəstəliklərdən qoruya bilərsiniz.

Üzümün təkibində 22-25 faiz qlükoza vardır bu da bizim toxumalarımız üçün əsl enerji mənbəyidir. Üzüm fiziki və zehni yorğunluğu götürən ən təsirli vasitədir, halsızlığın müalicəsində əvəzolunmazdır. Tərkibində bol dəmir və qlükoza qan əmələ gəlməsini gücləndirir. Qansızlığı aradan götürür. Üzüm qaraciyər, böyrək və sinir sistemi xəstəliklərində dərman əvəzinə bir dərmandır.

Üzümdəki kalsium, kalium, dəmir və başqa minerallar uşaqlarda və boyüklərdə sümükləşməni (sümük əmələgəlmə) artırır. Üzüm əsl təbii enerji mənbəyidir, üzümün enerjisini bədəniniz lazım olan qədər götürür, qalan artığını isə qaraciyərdə enerji halında toplayır və bütün qış boyu bu enerjidən istifadə edir. Bundan başqa üzümün tərkibində bol vitamin A, B1, B2, B6, C, Fol turşusu və s. vardır. Üzüm böyrəkləri işləməyə məcbur edir və bədəninizdəki lazımsız maddələri (şlakları) böyrəklər vasitəsilə təmizləyir.

Üzüm payızda bol-bol yeyilərsə qışda həmin insanlar bronxit olmazlar. Üzüm həmdə immun sistemini gücləndirir bunulada bədəninizi qış xəstəliklərindən qoruyur.

Üzümün tərkibindəki bol kalium ürək əzələsini və bütün əzələlərinizi gücləndirir. Üzüm ən güclü antioksidantdır. Üzüm E vitaminindən 50 dəfə, C vitaminindən isə 20 dəfə güclü antioksidantdır. Deməli, üzüm ən yaxşı xərçəng önləyicisidir. Üzümü yeyəndə tumu və qabığı ilə birgə yeyin. Üzüm tumunda və qabığında zəngin polifenollar sizin damarlarınızın içinə hopmuş artıq yağları təmizləyəcək və beyninizə daha yaxşı qan axmasını sürətləndirəcəkdir. Hər bir valideyin üzümü uşaqlarına sevdirməlidir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın