Home / BİZNES  / Hədəfləriniz üçün ətrafınızı yönləndirin

Hədəfləriniz üçün ətrafınızı yönləndirin

İş dünyasında idarə edə bilmək liderlik hisslərini tələb edər. Hər kəs öz işində, öz kariyerasında liderlik hisslərindən istifadə etməlidir. Liderliyin nə olduğu və bunu necə əldə etmək lazım olduğu həmişə maraqlı mövzu olmuşdur. Professional insanlar bacardıqları

işdə hədəf

İş dünyasında idarə edə bilmək liderlik hisslərini tələb edər. Hər kəs öz işində, öz kariyerasında liderlik hisslərindən istifadə etməlidir. Liderliyin nə olduğu və bunu necə əldə etmək lazım olduğu həmişə maraqlı mövzu olmuşdur.

Professional insanlar bacardıqları qədər özlərindən öncəki liderləri izləməkdə və onların xüsusiyyətlərini özlərində cəmləməyə çalışırlar. Mükəmməllik axtarışında olan CEO-lar üçün liderlik, sadə dillə desək bir şirkət və insanları olduqları vəziyyətdən, şirkətin hədəfinə ən qısa yolla və ən mükəmməl yolla aparmaqdır.

Bəziləri liderliyin doğuşdan gəldiyini deyirlərsə, bəziləri isə liderliyin sonradan öyrənilən bir faktor olduğunu deyirlər. Hansı biri sizə görə doğrudursa fərqi yoxdur ama onu bilməlisiniz ki, siz lider olmaq üçün istəkli olmalısınız. Risk almaq bacarığınız və insanları yönləndirərək öz arxanızca apara bilmək bacarığınız olmalıdır. İnsanlar bir addım atdıqları zaman siz iki addım ata biləcək gücdə olmalısınız. Təşkilat içərisində, şirkət içərisində bütün insanlar sizin daha yaxşı bir dünya üçün, daha yaxşı yaşam standartları üçün, daha yaxşı və uğurlu şirkət əldə etmək üçün əzmlə çalışdığınızı görməli, hiss etməlidirlər. Ən çox təsirləndiyiniz və örnək aldığınız insanlar haqqında düşünün.

Siz onlardan nəyə görə təsirlənirsiniz, hansı xüsusiyyətlərinə görə təsirlənirsiniz bunları yaxşı yaxşı analiz etməlisiniz. Bu o deməkdir ki, siz o xüsusiyyətləri özünüzdə cəm edə bilsəniz, sizdəndə təsirlənəcək və sizidə özlərinə ideal götürəcək insanlar olacaqdır. O zaman siz insanları daha rahatlıqla istədiyiniz hədəfə yönləndirə bilərsiniz. (cavidabasov.blogspot.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın