Home / QİDA  / Proteinli alma piroqu

Proteinli alma piroqu

Bir çoxlarımız protein tozundan hazırlanan piroq və kekslər barəsində eşidirik. Bugün İDOL.AZ olaraq belə piroqlardan birinin hazırlanması qaydasını sizlərə təqdim edirik. Beləliklə, proteinli alma piroqu üçün lazımdır: 6-8 protein qaşığı vanilli protein (zövqə görə dəyişə bilər),

proteinli piroq

Bir çoxlarımız protein tozundan hazırlanan piroq və kekslər barəsində eşidirik. Bugün İDOL.AZ olaraq belə piroqlardan birinin hazırlanması qaydasını sizlərə təqdim edirik.

Beləliklə, proteinli alma piroqu üçün lazımdır: 6-8 protein qaşığı vanilli protein (zövqə görə dəyişə bilər), 4-5 orta ölçülü alma, 6 yumurta, 1 ç/q soda, 1 ç/q limon turşusu (toz şəklində), 1 x/q darçın.

Hazırlanması: Piroqun bişəcəyi qabda protein tozunu və yumurtaların ağını blenderlə qarışdırırıq. Bir maye şəklinə gələndən sonra ora soda, limon turşusu və darçını qatırıq və yenə də blenderlə qarışdırırıq.

Almalarıı soyuyuruq və kvadrat şəklində doğruyuruq. Doğranmış almaları qarışıma əlavə edirik və qaşıqla qarışdırırıq ki, almalar üstdə qalmasın. Piroqu 200 dərəcə istilikdə sobada bişiririk. 10-15 dəqiqə sonra (qızardığını görənə kimi) çöplə yoxlayırıq və əgər çöp üzərində mayə qalmırsa piroqumuz hazırdı. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın