Home / GÖRKƏM  / Hansı saqqal sizə yaraşacaq

Hansı saqqal sizə yaraşacaq

Sözsüz saqqallı kişi müasir dövrün trendidir. Lakin razılaşın ki, hər bir saqqallı kişi dəbli və müasir görsənmir. Bunun iki səbəbi ola bilər: * siz xaotik olaraq saqqal uzatmısınız; * siz səhv saqqal formasını seçmisiniz. İDOL.AZ sizlərə üz quruluşunuza görə

saqqal saxlamaq

Sözsüz saqqallı kişi müasir dövrün trendidir. Lakin razılaşın ki, hər bir saqqallı kişi dəbli və müasir görsənmir.

Bunun iki səbəbi ola bilər:

* siz xaotik olaraq saqqal uzatmısınız;
* siz səhv saqqal formasını seçmisiniz.

İDOL.AZ sizlərə üz quruluşunuza görə doğru saqqal seçməyi məsləhət bilir.

Arıq üzlər
Belə üzə qısa saqqal yaraşacaq (1,5-2 sm). Bu saqqal iti üz cizgilərinizi yumuşaldacaq və üzünüzü daha yumru göstrəcək. Bu halda həmçinin bığ da saxlaya bilərsiniz.

Dördbucaq üzlər
Belə üz quruluşuna üçbucaq saqqal yaraşacaq. Saqqalın maksimum uzunluğu 5 sm təşkil etməlidir. Üzünüz vizual olaraq uzanacaq.

Yumru üzlər
Burada arıq üzlərdə olanın əksini edirik. Məqsəd burada üzü daha da sərtləşdirməkdir. Burada dördbucaq saqqal saxlamaq məsləhətdir.

Oval üzlər
Bığ və dəqiq sərhədli saqqal. Yanaqlarınızdakı saqqalın düz xətləri sizin üzünüzü bəzəyəcək.

Saqqalı necə uzatmaq olar?

1. İlk olaraq bir iki həftə üzünüzü qırxmayın.

2. Sonra bərbərə gedin və usta sizin üzünüzə uyğun olan formanı əldə edəcək.

3. Bəzən üzün tükləri, qulluğa baxmayaraq səliqəli uzanmırlar. Bu zaman bundan imtina etməyiniz daha məsləhətdir.

4. Bir neçə ay bərbərə gedin ki, saqqalınıza uyğun formanı versin.

5. Bilin ki, saqqal müxtəlif iyləri özün çəkir. Buna görə saqqal köpüyü daim sizin hamam otağınızda olmalıdır.

6. Yalnız 6 ay sonra bərbərin köməyi ilə saqqalınız uyğun formaya düşəcək.

7. Saqqal hər gün yuyulmalı və şampunlanmalıdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın