Home / İDMAN  / Bruslarda jimin 4 üsulu

Bruslarda jimin 4 üsulu

Bu məqalədə göstərilən bruslarda jimin 4 üsulu sizin məşqinizin efektivliyini artıracaq. Üsul № 1 Yarım təkrarlar. Bütün təkrarları tam yerinə yetirdikdən sonra yanaşmanı yarıya qədər enərək və dərhal ilkin vəziyyətə qayıdaraq davam etdirmək lazımdır. Bu üsulun nəticəsində

bruslarda məşq

Bu məqalədə göstərilən bruslarda jimin 4 üsulu sizin məşqinizin efektivliyini artıracaq.

Üsul № 1
Yarım təkrarlar. Bütün təkrarları tam yerinə yetirdikdən sonra yanaşmanı yarıya qədər enərək və dərhal ilkin vəziyyətə qayıdaraq davam etdirmək lazımdır. Bu üsulun nəticəsində standart jim nəticəsində işləməyən digər xırda əzələlər işləyəcəkdir.

Üsul № 2
Fövqal təkrarlar. Məqsəd ondan ibarətdir ki, əzələlərin tam yorulmasına baxmayaraq, bir nəfərin köməyi ilə əlavə bir neçə təkrar yerinə yetirməkdir. Əsas burada bütün işi kömək edənin üstün olmamasıdır, əsas işi sizin əzələləriniz etməlidir.

Üsul № 3
Pilləkən yanaşmalar. Məzmun belədi ki, siz ilk olaraq çətinliklə də olsa 5 təkrar yerinə yetirə biləcəyiniz çəki ilə jim edirsiniz. Sonra fasilə vermədən çəkini biraz azaldaraq davam edirsiniz. Hər səfərində 5 təkrar edirsiniz, sonuncu 5 təkrar çəki daşlarsız olmalıdır. Bu üsulda əzələləriniz tam işləyir və bu üsul ən effektli olandır. Lakin ehtiyatlı olun zədə almayasınız.

Üsul № 4
Neqativ təkrarlar. Bu halda çəki ilə jim edilir. Beləki, yuxarı vəziyyətdən aşağı vəziyyətə asta (ən azı 8-ə kimi sayın) keçməlisiniz. Bunu 10 dəfə təkrarlamalısınız. İlk dəfə üçün əgər çox ağır gəlirsə, bir dəfə də yetərlidir. Bunu iki həftədə bir etmək məsləhətdir. Bunu tez tez etsəniz zədələnə bilərsiniz.

Bəzi məsləhətlər:
1. Çiynin qabaq hissəsinin rahat dartınalacaq qədər aşağı enə bilərsiniz. Bəzi idmançılar sinənin aşağı hissəsinin brusların altına düşənədək enirlər.

2. Bruslarda jimi həm paralel həm də enlənən bruslarda etmək olar. Əgər əsasən enlənən də məşq edirsiniz isə, çox enli tutuşdan istifadə etmək məsləhət deyil.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın