Home / QİDA  / Balqabaq: xeyiri və əks təsiri. Balqabaq salatı

Balqabaq: xeyiri və əks təsiri. Balqabaq salatı

Balqabaq — möcüzəvi tərəvəzdir. Onun insan sağlamlığına xeyiri olduqca çoxdur. Aşbazlar üçün balqabaq sadəcə tapıntıdır. Balqabaqdan plovdan tutmuş şirniyyata qədər ləzzətlər hazırlaya bilərsiniz. Balqabaq şirəsinin isə xeyiri qədimlərdən məlumdur. Bu barədə daha ətraflı. Balqabağın xeyiri. * Balqabağın

balqabaq

Balqabaq — möcüzəvi tərəvəzdir. Onun insan sağlamlığına xeyiri olduqca çoxdur. Aşbazlar üçün balqabaq sadəcə tapıntıdır. Balqabaqdan plovdan tutmuş şirniyyata qədər ləzzətlər hazırlaya bilərsiniz. Balqabaq şirəsinin isə xeyiri qədimlərdən məlumdur. Bu barədə daha ətraflı.

Balqabağın xeyiri.

* Balqabağın tərkibində çoxlu vitaminlər var. Beləki, A, C, EB qrupları, nadir K vitamini isə qan laxtalanmasına cavabdehdir. Balqabaqda olan T vitamini isə maddələr mübadiləsi üçün xeyirlidir, ağır qidaların həzm olunmasına kömək edir.

* Dəmir tərkibinə görə ən yaxşı almadan belə üstündür.

* Yüngül və xeyirli məhsul arıqlamağa kömək edir.

* Patoloji hüceyrələrin yenidən yaranması riskini azaldır.

* Orqanizmin qocalmasının qarşısını alır.

* Kaliyinin yüksək miqdarı ürək-damar sistemi üçün çox xeyirlidir. Bu xəstəlikdən əziyyət çəkənlər mütləq yeməlidirlər.

* Toxumaların əvəzolunmaz mənbəyidir. Mədə-bağırsaq traktına xeyirlidir. Qəbizliyə qarşı xeyirlidir.

* Qaraciyər və öd kisəsi xəstəliklərində xeyirlidir. Bağırsaq və mədə xorasına xeyirlidir.

* Hamiləlik zamanı toksikoza qarşı xeyirlidir.

* Sidikqovucu xüsusiyyətə malikdir.

* Orqanizmdən toksinləri və xolesterin artıqlarını çıxardır.

* Orqanizm tərəfindən tam sərbəst həzm olunur.

* Tərkibindəki karotin gözlərin sağlamlığına vacibdir.

* Dəniz xəstəliyi zaman yeyilir.

* Qanda şəkəri azaldır.

* Balqabaq şirəsi kişi potensiyası üçün çox xeyirlidir. Həmçinin balqabaq tumları da yeyilməli. Balqabaq tumu üstəlik qurda qarşı xeyirlidir.

* Balqabaq şirəsi sinirləri sakitləşdirir, rahat yuxu yatmağa kömək olur.

* Kosmetoloqiyada geniş istifadə olunur. Ekzema, sizanaqlara qarşı xeyirlidir.

Balqabağın hər 100 qramında 23 kilokalori var.

Balqabağın əks təsiri.

Mədə-bağırsaq xorası zamanı balaqabağı həkimin icazə isə istifadə etməlisiniz. Yüksək şəkəri olan insalara balqabaq qadağandır.

Balqabaq salatı.

Lazımdır: çiy balqabaq, alma, az limon şirəsi, qoz.

Hazırlaması: Balqabaq və almanı sürtkəcdən keçirin, limon suyu əlavə edin və üzərinə qoz səpin. Sadə və dadlı. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın