Home / XƏBƏRLƏR  / “WizzAir” Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə uçuşları bərpa edəcək

“WizzAir” Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə uçuşları bərpa edəcək

Azərbaycanın “Ground Handling Company” şirkəti və “WizzAir” Macarıstan-Polşa aviaşirkəti arasında Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə müntəzəm reyslərin bərpa edilməsinə dair saziş imzalanıb. Saziş çərşənbə günü Bakıda imzalanıb. Azərbaycan tərəfindən sənədi “Ground Handling Company” şirkətinin rəhbəri İlqar Ələkbərov, “WizzAir”

wizz air

Azərbaycanın “Ground Handling Company” şirkəti və “WizzAir” Macarıstan-Polşa aviaşirkəti arasında Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə müntəzəm reyslərin bərpa edilməsinə dair saziş imzalanıb.

Saziş çərşənbə günü Bakıda imzalanıb.

Azərbaycan tərəfindən sənədi “Ground Handling Company” şirkətinin rəhbəri İlqar Ələkbərov, “WizzAir” şirkəti tərəfindən isə baş direktor Yojef Varadi imzalayıblar.

Sazişə əsasən, “WizzAir” şirkəti 2016-cı ilin mart ayından Budapeşt-Bakı marşrutu üzrə müntəzəm reyslər yerinə yetirməyə başlayacaq. Saziş 2019-cu il aprelin 1-nə qədər qüvvədə olacaq.

İlkin mərhələdə şirkət həftədə bir reys yerinə yetirəcək, yay aylarında reyslərin sayı həftədə iki dəfəyə çatdırılacaq.

Əldə edilmiş sazişə əsasən, “WizzAir” şirkəti il ərzində Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə reyslər yerinə yetirməyi öz üzərinə götürür.

Y.Varadi öz çıxışında qeyd edib ki, uçuşlar 2016-cı il martın 27-dən yerinə yetiriləcək.

Onun sözlərinə görə, biletlər artıq satışa çıxarılıb. Biletlərin qiyməti 39,99 avro (bir tərəfə) təşkil edir. Reyslər çərşənbə günündən cümə axşamına keçən gecə və bazar günündən bazar ertəsinə keçən gecə yerinə yetiriləcək.

“Budapeşt-Bakı- Budapeşt” reysi Avropaya bir növ pəncərə hesab oluna bilər, belə ki, Budapeştə gələn turistlər buradan Avropanın başqa ölkələrinə də səfər edə bilərlər”,- deyə o əlavə edib.

Y.Varadi əlavə edib ki, “WizzAir” 11 ildir ki, Mərkəzi və Şərqi Avropada ən iri loukost aviadaşıyıcıdır.

“WizzAir” şirkəti 2013 və 2014-cü illərdə yalnız yay mövsümündə Bakıya uçuşlar həyata keçirib. 2013-cü il mayın 18-dən 2014-cü il oktyabrın 25-nə qədər şirkət həftədə 2 dəfə olmaqla 143 reys yerinə yetirib.(interfax.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın