Home / QADINLAR  / Seksdə fasilə

Seksdə fasilə

Seksoloqlar iddia edirlər ki, seksdə uzun müddətli fasilələr olmamalıdır. Seks - qadın və kişi arasında vacib münasibətlərdən biridir. Əgər seks həftədə bir dəfə dərəcəsinə düşübsə, deməli nəsə düz getmir. Sevgi və seks paralel getməlidir, əks halda

seksdə fasilə

Seksoloqlar iddia edirlər ki, seksdə uzun müddətli fasilələr olmamalıdır. Seks – qadın və kişi arasında vacib münasibətlərdən biridir. Əgər seks həftədə bir dəfə dərəcəsinə düşübsə, deməli nəsə düz getmir.

Sevgi və seks paralel getməlidir, əks halda heç biri mümkün olmayacaq. Sevgisiz seks mümkündürsə, seksiz sevgi mümkün deyil. Qadın və kişi öz aralarında əvvəl-axır bu problemi həll etməyə çalışmalıdırlar. Qadını seksə dəvət edin, bunu son imtinaya qədər edin, yekunda yenə alınmırsa, bu münasibətlərin sonu deməkdir.

Seksdə uzunmüddətli fasilələr özündə müsbətdən çox mənfi tərəflər saxlayır. Müsbət tərəfi yeganə o dur ki, uzun müddət seksiz qaldıqdan sonra seksi daha da ehtirasla istəyirsən. Mənfi nə qədər istəyirsiniz: sperma durğunluğu, kişi kobudlaşır, əsəbi olur, bütün işlər tərs gedir. Qadınlarda da stres halları tez-tez baş verir, getdikcə dözülməz olurlar.

Seksoloqlar iddia edirlər ki, ən azı 3 gündən bir cütlüklər seks ilə məşğul olmalıdırlar. Bəli, bəzən sadəcə istəmirsiniz. Buna səbəb əlbəttə ki, qadındır. Qadın ailə dirəyi olduğundan, kişini daim diqqətdə saxlamalı, özünə qarşı olan ehtirası daim pik nöqtədə saxlamağı bacarmalıdır.

Qadınlar bu barədə biraz fərqli düşünürlər. Onların ilk olaraq ağlına başqa qadının olması gəlir. Özlərində günah axtarmırlar. Ərlərinin onlara diqqət yetirməli olduqlarını onlara borc bilirlər.

Yadda saxlayın ki, seksdən imtina etməklə özünüzü həzzdən məhrum edirsiniz. Seks – bir elmdir. Sevgi – reallıqdır. Yoldaşınızın seksuallığını dərk etmiş olsanız və öyrənsəniz, sevgi dolu uzun xoşbəxt yolu özünüzə təmin etmiş olacaqsınız.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın