Home / BİZNES  / Əhvalınızı yüksək tutun və həyatda uğur qazanın

Əhvalınızı yüksək tutun və həyatda uğur qazanın

Hər şeydən bezmisiniz? Həyatda heç bir şey dəyişmir? Deməli, dəyişiklik vaxtı gəlib çatıb. İDOL.AZ 10 məsləhətini təqdim edir. 1. Əhvalınız daim yüksək olsun deyə, özünüzü idarə etməyi bacarın. Boş şeylərə görə inciməyin, yaxın insanlarla dalaşmayın, onları

Xoşbəxt olmaq

Hər şeydən bezmisiniz? Həyatda heç bir şey dəyişmir? Deməli, dəyişiklik vaxtı gəlib çatıb. İDOL.AZ 10 məsləhətini təqdim edir.

1. Əhvalınız daim yüksək olsun deyə, özünüzü idarə etməyi bacarın. Boş şeylərə görə inciməyin, yaxın insanlarla dalaşmayın, onları bağışlayın. Bağışlayaraq, daxilinizi dağıdan kin və nifrətdən azad olursunuz.

2. Dünyaya yumor ilə yanaşın. Sizi incitsələr belə, “keçər” deyib üstündən keçin. Həqiqətən “inansanız”, hər şey yolunda gedəcək.

3. Dünyadan küsüb evdə oturmayın. Əvəzində məşqə gedin, sübut olunub ki, pis fikirlərdən uzaqlaşdırır.

4. Həyatınıza yenilik qatın. Psixoloqlar məsləhət bilirlər ki, vaxt aşırı vərdişləri dəyişmək lazımdır (yeni xobbi, geyim tərzi).

5. İş vaxtı rahat olmağı öyrənin. Yaxşı bir şey barəsində düşünün. Axşam işdən sonra dostlarla gəzəcəksiniz, sevgiliniz ilə görüşəcəksiniz, evdə övladlarınız ilə oynayacaqsınız və sair.

6. Üzgüçülük ilə məşğul olun. Su bədəni rahatlaşdırır, tonusu və əhvalı yüksəldir. Üstəlik zədə riski çox cüzidir.

7. Dayanın və ətrafa baxın… Bəzən insanlar sadəcə istiqaməti düz seçib seçməmələri barədə düşünməyə belə vaxt tapmırlar. Fikir, məqsəd, münasibətlərdə vaxtında düzəlişlər etmək lazımdır.

8. Həyata sadə gözlə baxın. Həmişə iqidliyə vaxt tapılır, lakin həmişə ehtiyac olmur. Çalışın hal-hazırda edəcəyiniz işə diqqətinizi cəmləyin. Bu daha çox uğura səbəb olur. Ən xırda nailiyyətlərə belə sevinməyi bacarın. Həyat çox qısadır, kefinizi pozmaya dəyməz.

9. Prespektiv hissini itirməyin. Həyat hərəkətdir, bugün sizə faciə gələn hallar, sabah sizdə gülüş yarada bilər.

10. Problemləri unudun. Əgər yataqda uzanıb, özünüzü yazıq hiss etmək istəyirsiniz isə, bunu qəti etməyin. Həyat davam edir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın