Home / XƏBƏRLƏR  / Lazımsız geyim və əşyaların ianə edilməsi imkanı yaradılıb

Lazımsız geyim və əşyaların ianə edilməsi imkanı yaradılıb

Təmiz Şəhər ASC yeni və funksional dizaynla www.tullantim.az saytını istifadəçilərə təqdim edib. Beləliklə, Bakı sakinlərinə lazımsız geyim və əşyalarını ianə etmək imkanı yaradılıb. Təmiz Şəhər ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu sayt vasitəsilə şəhər təmizliyi üçün yeni

tullantim_az

Təmiz Şəhər ASC yeni və funksional dizaynla www.tullantim.az saytını istifadəçilərə təqdim edib. Beləliklə, Bakı sakinlərinə lazımsız geyim və əşyalarını ianə etmək imkanı yaradılıb.

Təmiz Şəhər ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu sayt vasitəsilə şəhər təmizliyi üçün yeni imkanlar təklif olunur.

Məlumatda bildirilib ki, layihə tullantıların miqdarının azaldılması istiqamətində ölkədə aparılan işlərə dəstək olacaq. Saytın özəl xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun istifadəçiləri olan şəhər sakinləri də görülən işin iştirakçısı ola bilərlər.

Bunun üçün lazımsız hesab etdikləri geyim və əşyalarını www.tullantim.az-ın “İanə et” bölməsinə yükləyərək ehtiyacı olan şəxslərə bağışlaya bilərlər. Bununla, həm xeyir iş görmüş olarlar, həm də Təmiz Şəhər ASC-in tullantıların azaldılması layihəsinə dəstək olaraq yaşadıqları şəhərin təmizliyində, tullantılarının azaldılmasında pay sahibi olarlar.

Bundan başqa saytın “Yaşıl düşün”, “Atma, yarat”, “Şəhərimizi təmiz saxlayaq”, “Birja” bölmələri ətraf mühiti təmiz saxlamağın yollarını ətraflı izah edir və öyrədir. Layihə, şəxslərə və müəssisələrə tullantıları idarə etməyi, bəzən azaltmağı, bəzən isə həm də tullantıdan faydalanmağı, onu sənayeyə geri qaytarmağı öyrədir.

Təmiz Şəhər ASC hər kəsi www.tullantim.az layihəsində aktiv iştirak etməyə və tullantıları azaltmağa dəstək olmağa çağırır.(xeberler.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın