Home / BİZNES  / İş axtaranlara tövsiyyələr

İş axtaranlara tövsiyyələr

Profesional idarəçi, biznes məsləhətçi, şəxsi konsultant, müəllim, yazıçı Fəxri Ağayev vakansiya və ümumiyyətlə işə götürmə xüsusiyyətləri haqqında bir neçə qısa açıqlama verir. 1. Mənə tapşırılan insanı QƏTİYYƏN işə almıram. Əgər onu kimsə mənə tapşırırsa, demək ki,

Fahri Agayev

Profesional idarəçi, biznes məsləhətçi, şəxsi konsultant, müəllim, yazıçı Fəxri Ağayev vakansiya və ümumiyyətlə işə götürmə xüsusiyyətləri haqqında bir neçə qısa açıqlama verir.

1. Mənə tapşırılan insanı QƏTİYYƏN işə almıram. Əgər onu kimsə mənə tapşırırsa, demək ki, heç nə bilmir ki, tapşırığa ehtiyac görür. Heç kimin haqqına girmək istəmirəm.

2. Mən bu insanları seçirəm, yetişdirirəm və şirkətlərə tövsiyyə edirəm. O insanların üzərində MƏNİM şəxsi təminatım var. Məsələ artıq onlar olmur – məsələ mənim şəxsi brendim və sözüm olur.

3. İşə aldığım və yetişdirdiyim insanlara görə isə TAM cavabdehlik daşıyıram.

4. “Yaxşı oğlandır”, “Nə desəniz edəcək”, “Hörmətcildir” kimi xüsusiyyətlər mənim üçün heç nə ifadə etmir.

5. Ağzını açıb özü haqqında 2 dəqiqə məlumat verə bilməyən insan necə iş tapacağını ümid edir – anlamıram. Danışa bilmirsinizsə -məşq edin. Bir insan öz bilik və bacarıqlarını mənə sata bilmirsə – şirkətin məhsul və xidmətlərini müştərilərə necə satacaq?

6. “Ofis işi” istəyənlərlə işim olmaz. Özüm səhər 6-dan gecəyə qədər işləyən insan kimi “ağ adam” işini istəyən insanlara üstünlük vermirəm. İşim üçün lazım olsa fəhləlik də edirəm, qulluq da.

7. Satışda işləmək AYIB DEYİL. Satış biznesin LOKOMOTİVİ və aparıcı qüvvəsidir. Satışda işləmək BÖYÜK təcrübədir və şərəfdir.

8. İlk öncə iş rejimi, saatları və maaşla maraqlanmayın. Səmimi məsləhətimdir. Təcrübəniz yoxdursa, Sizi işə alana qaşrı minnətdarlıq hiss edin – Sizə işi öyrədəcək, üstünə hələ pul da verəcək.

9. Mən karyeramı sıfırdan başlamışam, və bu günlərə gəlmişəm. “Sıfırdan2 dediyim odur ki, ən dib vəzifələrdən. O günlərimə də minnətdaram. O dibdə olan pilləkanlar olmasaydı, bu gün buralarda olmazdım. İnsanlar tanıyıram ki, aylardır işləmir maaş bəyənmədiyinə görə.

10. Bir dəfə tələbələrimə sual verdim – kim burda bilir “əsl aclıq nədir”?. Heç kim bilmədi. Əgər əsl aclığın nə olduğunu bilmirsinizsə XOŞBƏXTSİNİZ. Mən isə bilirəm. Həftələrlə yad ölkədə imtahanlara hazırlaşanda, günlərlə ancaq pendir çörək yemişəm, resotranların yanından keçəndə içim burxulurdu İstanbulda. Hələ də türk restoranlarının və dönərçilərin yanından keçəndə ordan gələn qoxunu hiss edəndə içimdə o hiss doğulur – acizlik, zəyiflik və güclü aclıq. Amma həm oxumalı idim, həm də işləməli idim.

Həyat budur – mübarizə. Heç kimin Sizə yazığı gəlməyəcək. Durun və vəhşi kimi işləyin.(agaev.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın