Home / İDMAN  / Skot Edkinsin məşq proqramı

Skot Edkinsin məşq proqramı

Skot Edkins (Scott Edward Adkins) 17 iyun 1976-ci ildə İngiltərədə dünyaya gəlib. Aktyor dünya şöhrətini "Undisputed" filmindəki Yuriy Boyka rolu ilə qazanıb. Edkins öz bədən quruluşu ilə də tanınır. İDOL.AZ bugün sizlərə Edkinsin sadə və

scott adkins

Skot Edkins (Scott Edward Adkins) 17 iyun 1976-ci ildə İngiltərədə dünyaya gəlib. Aktyor dünya şöhrətini “Undisputed” filmindəki Yuriy Boyka rolu ilə qazanıb. Edkins öz bədən quruluşu ilə də tanınır. İDOL.AZ bugün sizlərə Edkinsin sadə və eyni zamanda çətin məşq proqramını sizə təqdim edir.

Məşqlər həftədə üç dəfə keçirilir və onlar aşağıdakılardır:

Birinci gün: kürək və qolun qabağı (biseps)

* Yerdən qaldırma (тяга) – 3 yanaşma 6-8 təkrar;
* Turnikdə dartınma – 3 yanaşma maksimal təkrar;
* Maili vəziyyətdə ştanqanı qaldırmaq – 3 yanaşma 8 təkrar;
* Ştanqanı qolun qabağına qaldırmaq – 3 yanaşma 6-8 təkrar.

İkinci gün: sinə və qolun arxası (triseps)

* Bruslarda jim – 3 yanaşma maksimal təkrar;
* Uzanaraq ştanqa ilə jim – 3 yanaşma 6-8 təkrar;
* Maili oturacaqda qantellərlə qolların açılması (разводка) – 3 yanaşma 8 təkrar;
* Fransız jimi – 3 yanaşma 6-8 təkrar.

Üçüncü gün: ayaq və çiyin

* Trenajorda ayaqların açılıb yığılması (разгибания ног) – 3 yanaşma 8 təkrar;
* Ayaqüstə sinədən ştanqa ilə jim – 3 yanaşma 6-8 təkrar;
* Ştanqa çiyində çömbəlmək – 4 təkrar 8 yanaşma;
* Oturaraq ştanqa ilə çiyinə jim – hər iki tərəfə 2 yanaşma 6-8 təkrar;
* Ayaqlarla jim – 3 yanaşma 8 təkrar;Разгибания ног 3 8
* Qantellər və ya ştanqa ilə trapesə qaldırma (шраги) – 3 yanaşma 8 təkrar.

Həmçinin nəzərə almaq lazımdır ki, Edkins döyüş növləri ilə məşğuldur və onun orqanizminə düşən yük olduqca böyükdür. Bilin ki, Edkins hər gün pres işləyir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın