Home / SAĞLAMLIQ  / Askarid qurdunun müalicəsində xalq təbabəti

Askarid qurdunun müalicəsində xalq təbabəti

Askarid qurdları ən geniş yayılmış parazitlərdir (yer kürəsində 60% əhali). Askaridə yoluxmuş insanın bağırsağında bir neçə yüz askarid ola bilər. Yumurtalar nəcislə torpağa düşsə 15 il yolxuculuq qabiliyyətini saxlayırlar. Udulmuş yumurtalardan nazik bağırsaqda süfrələr çıxır.

askarid qurdu

Askarid qurdları ən geniş yayılmış parazitlərdir (yer kürəsində 60% əhali). Askaridə yoluxmuş insanın bağırsağında bir neçə yüz askarid ola bilər. Yumurtalar nəcislə torpağa düşsə 15 il yolxuculuq qabiliyyətini saxlayırlar.

Udulmuş yumurtalardan nazik bağırsaqda süfrələr çıxır. Sonra bağırsaq divarını dəlib qanla orqanlara yayılırlar, 8-10 saata ağ ciyərlərə çatıb ağ ciyərin kapilyar damarlarını dəlib nəfəs yollarına keçirlər, sonra ağıza doğru hərəkət edib tüpürcəyə qarışıb yenidən udulurlar və yenidən nazik bağırsağa çatıb necə deyərlər əsl həyatlarını yaşamağa başlayırlar.

Bağırsaqlarda 2 aya süfrədən cinsi yetişkən askaridlər əmələ gəlir. Bağırsaqda yaşayan askaridlərin ömrü 1 ildir təkrar yoluxma olmasa 1 ilə askaridlər bədəndən təmizlənirlər. Böyümüş askaridlər bağırsaqların selikli qişalarını yeyir və bağırsaqdakı həzmə hazır olan qidaları, vitaminləri, mineralları da yeməyə başlayırlar, əvəzində özlərinin nəcislərini buraxırlar. Nəticədə bağırsaqlarda erroziyalar, xoralar, qəbizlik və ya ishal, diş qıcama, ürəkbulanma, qusma, dəridə səpgilər, qaşınmalar, ləkələr, saçların tökülməsi, qan azlığı, başgicəllənmə, yorğunluq kimi hallar baş verir.

Askaridlər bəzən bağırsaqlarda o qədər çoxalırlar ki, bir birinə dolaşıb bağırsaq keçməməzliyi əmələ gətirirlər. Askaridlərin süfrələri isə qanla qidalanırlar, gündə yarım litr qan yeyə bilirlər ki, bu çox təhlükəli bir vəziyyətə səbəb ola bilər.

Əksər həkimlərimiz bəzən illərlə yuxarıda saydığım simptomları müalicə edir amma qurdlar yada düşmür. Yuxarıda saydığım əlamətlər kimdə varsa birinci olaraq nəcisdən analiz verməlidirlər. Bəzən qan analizi də edilir. Ümumiyyətlə daha yaxşısı nəcisdən analiz verməkdir. İnsanlar qurdlara yoluxandan 1 ay sonra qanda antiteller əmələ gelir və hətta qurdlar öldükdən sonra belə uzun müddət antitellər qanda tapıla bilir ki, bu da insanları daha artıq ve izafı müalicə aparmağa məcbur edir.

Profilaktika
Parazitlərdən qorunmaq üçün meyvələr yaxşı yuyulmalıdır. Göyərtilər də çox yoluxdura bilir. Yaxşı olar ki, göyərtilər yuyulmazdan əvvəl 2-3 xörək qaşığı alma sirkəsi qatılmış suda 2-3 saat saxlandıqdan sonra yuyulsun. Uşaqların dırnaqları tez-tez tutulmalıdır. Uşaqlar yataq paltarında (pijamada) yatmalıdırlar və sair.

Müalicəsi
* Ən yaxşı təsirli vasitələrdən biri balqabaq tumudur.

* Səhər tezdən böyük adamlar 100 qram, uşaqlar 50 qram tum yeyir 2-3 saatdan sonra 1 xörək qaşığı səna yarpağını (uşaqlar 1 çay qaşığı) 1 stəkan suda dəmləyib içmək lazımdır. Bunu 3 gün etmək lazımdır. 10 gün fasilə verib yenədə 3 gün içmək olar.

* 100 qram balqabaq tumunun üstünə bərabər miqdarda süd və alma sirkəsi qarışığı tökülür və məcun kimi olana qədər qarışdırılır. Bu macunu 3 gün əzində səhərlər ac qarına yemək lazımdır. Yeyəndən yenə 2-3 saat sonra səna çayı içilməlidir.

*Ümumiyyətlə askarid qurdları dağtərxunu, boymadərən, qızılçətir, acı yovşan, gülümbahar kimi bitkilərin dəmləməsindən çox qorxurlar. Gündə 3 dəfə böyüklər, 2 dəfə uşaqlar bu otlardan olan qarışımı dəmləyib içməlidirlər. Bu müalicə 10 gün müddətində aparılmalıdır.

Müalicədən 2 həftə sonra nəcisdən analiz verib nəticəni yoxlamağı unutmayın.

Fizuli Hüseynov

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın