Home / QİDA  / İdman qidası: protein əlavələri

İdman qidası: protein əlavələri

Əgər bədən yığmaq istəyirsiniz isə, bilin ki, məşqdən əvvəl düzgün qidalanmağı öyrənmək lazımdır. Əsas idman qida əlavələri protein, kreatin, qeyner və aminoturşular kompleksləridir. Bu məqalədə ən yayılmış olan protein haqqında oxuya biləcəksiniz. Protein - başqa sözlə desək

idman qidası protein

Əgər bədən yığmaq istəyirsiniz isə, bilin ki, məşqdən əvvəl düzgün qidalanmağı öyrənmək lazımdır.

Əsas idman qida əlavələri protein, kreatin, qeyner və aminoturşular kompleksləridir. Bu məqalədə ən yayılmış olan protein haqqında oxuya biləcəksiniz.

Protein – başqa sözlə desək zülal.

Protein əlavələri əsas dörd növə bölünürlər: zərdab (сывороточная), yumurta, soya, kazein.

Ən çox aminoturşular zərdab proteinlərdə olur və onlar daha tez həzm olunurlar – 4 saatdan gec olmayaraq.

Zərdab proteinin üzərində konsentrant, izolyat, hidrolizat yazılarını görmək olar. Konsentrat – zərdabın təmizlənməsi olub, 2 saat ərzində həzm olunur. İzolyat – təmizlənmiş zülallardır ki, 30 dəqiqəyə həzm olunurlar. Hidrolizat – aminoturşulara qədər parçalanmış zülaldır ki, dərhal həzm olunur.

Yumurtalı protein – ən gec həzm olunandır. 7-8 saata həzm olunur ki, onun ən yaxşı qəbul saatı gecədir. Adətən yumurtalı protein zərdab proteini ilə birgə qəbul olunur.

Kazein – orqanizm tərəfindən gec həzm olunan zülaldır. Əvəzsiz aminoturşuların miqdarı ilə fərqlənir. Yaxşı olar ki, gecə qəbul edəsiniz.

Soya – aminoturşular az olması ilə fərqlənir və ən az yayılmışıdır.

Protein nə vaxt qəbul edilməlidir?
Əsas vaxt məşqdən dərhal sonradır, 40-50 qr. Əzələlər dərhal bərpa üçün qidalanmalıdırlar. İkinci əsas vaxt yuxudan əvvəldir, 20-30 qr. Yaxşı olar ki, məşqdən yarımsaat öncədə 20-30 qr protein qəbul edəsiniz.

Zülalın qəbulunun hesablanması
İdmançılara hər 1 kq bədən çəkisinə 2 qr zülal gündəlik norma kimi məsləhət bilinir. Misal üçün əgər siz 80 kq çəkiyə maliksiniz isə, gündəlik sizin zülal normanız 160 qr təşkil edir. Yaxşı olar ki, zülalın 50% qidadan, digər 50% isə protein kokteyllərindən əldə edilsin.

Həftədə 3 dəfə trenajor zalında məşq edənlərə, aylıq təqribən 1 kq protein lazım olur.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın