Home / XƏBƏRLƏR  / İlin qalibləri layihəsinin icrasına start verildi

İlin qalibləri layihəsinin icrasına start verildi

İdman Araşdırmalar Mərkəzi (İAM) ardıcıl 3-cü dəfə "İlin qalibləri" layihəsini həyata keçirəcək. "Kolizey İnşaat"ın sponsorluğu ilə icrasına başlanılan layihə yenə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələ - 2015-ci ilin yekunlarına əsasən, müxtəlif nominasiyalar üzrə aparıcı KİV-lərin

idman araşdırmalar mərkəzi

İdman Araşdırmalar Mərkəzi (İAM) ardıcıl 3-cü dəfə “İlin qalibləri” layihəsini həyata keçirəcək. “Kolizey İnşaat”ın sponsorluğu ilə icrasına başlanılan layihə yenə 3 mərhələdən ibarət olacaq.

Birinci mərhələ – 2015-ci ilin yekunlarına əsasən, müxtəlif nominasiyalar üzrə aparıcı KİV-lərin idman jurnalistləri arasında sorğu aparılacaq. Sorğuda 8 nominasiya üzrə qalibləri seçmək imkanı yaradılacaq:

1. İlin idman xadimi;
2. İlin yerli futbolçusu;
3. İlin yerli idmançısı (digər növlər üzrə);
4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə);
5. İlin komandası (bütün kollektiv yarışlar üzrə);
6. İlin baş məşqçisi (bütün idman növləri üzrə);
7. İlin mətbuat katibi;
8. İlin idman jurnalisti.

Ötən il olduğu kimi, bu dəfə də İAM-ın Ekspert Qrupu tərəfindən nominasiyaların ilk 6-sı üzrə konkret namizədlər təklif olunacaq. Eyni zamanda, respondentlərə öz namizədini göstərmək imkanı yaradılacaq. Amma əvvəlki illərdən fərqli, bu dəfə “İlin əcnəbi idmançısı”, “İlin baş məşqçisi” və “İlin mətbuat katibi” nominasiyalarında respondentlər futbol və digər idman növləri üzrə 2 şəxsin, “İlin komandası” nominasiyasında isə eyni qayda ilə 2 komandanın adını göstərəcəklər. Bu addım digər növləri təmsil edənlərin əməyinin daha populyar olan futbol sahəsindəkilərin kölgəsində qalmaması üçün atılıb.

Respondentlər qalan nominasiyalar üzrə bir nəfərə səs verə və ya daha layiqli saydığı namizədini göstərə bilər.

İkinci mərhələ – sorğu yekunlaşdıqdan sonra İAM-ın Ekspert Qrupu verilən səslərə əsasən, qalibləri müəyyənləşdirəcək.

Üçüncü mərhələ – Qaliblər KİV-lərin və idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunacaq tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.(sport7.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın