Home / SAĞLAMLIQ  / Kəpəkdən azad olmaq mümkündür

Kəpəkdən azad olmaq mümkündür

Kəpək - həmişə lazımsız vaxtda, ilk baxışdan anlaşılmayan səbəblərdən yaranır və artıq iş yaradır. Lakin hər şey o qədər də pis deyil, İDOL.AZ sizlərə mübarizə üçün məsləhətlər verir. Əksəriyyət, kəpəyi aşkarlayan kimi "kəpəyə qarşı" şampun almağa

kəpək

Kəpək – həmişə lazımsız vaxtda, ilk baxışdan anlaşılmayan səbəblərdən yaranır və artıq iş yaradır. Lakin hər şey o qədər də pis deyil, İDOL.AZ sizlərə mübarizə üçün məsləhətlər verir.

Əksəriyyət, kəpəyi aşkarlayan kimi “kəpəyə qarşı” şampun almağa tələsirlər. Lakin bu halda sakit olmaq və kəpəyin yaranma səbəblərini araşdırmaq lazımdır.

Kəpək nədir?

Seboreya (kəpəyin tibbi adı) – baş dərisi xəstəliyi olub, əsas əlamətləri dəri qabığının tez-tez yenilənməsidir. Əgər normalda bu hal 25-30 gün ərzində olmalıdırsa, seboreya bunu bir həftəyə qədər azaldır. 6-7 günə hüceyrələr tam yetişə bilmir, nəticədə bir biri ilə birləşərək, kəpək yaradırlar.

Kəpəyin yaranma səbəbləri

1. Piy vəzilərinin nasazlığı

Buna səbəb yaş, cins, maddələr mübadiləsi, immunitet və keçirilmiş xəstəliklər ola bilər. Bəzi səbəblər onların işini daha da sürətləndirir, digərləri əksinə ləngidir. Bəzən piyin kimyəvi tərkibi dəyişir.

Əsasən belə pozuntu keçid yaşlarda müşahidə olunur. Hormonal disbalans və piy vəzilərinin azalması burada rol oynayır.

Balanslaşdırılmamış qidalanma, orqanizmin susuzlaşdırılması, А, В1, В2, В6, С, D vitaminlərinin və həmçinin selen mineralının çatışmamazlığı piy vəzilərinin nasazlığına gətirib çıxarda bilər.

Bilmək lazımdır ki, seboreya iki cür olur: yağlı və quru. Birinci halda piy vəziləri daha çox saçları yağlandırır və saçlarda sarıtəhər qabığlar əmələ gəlir. İkinci halda isə saçlar quru və zəif olur, ağ qabığ kütləsi çoxalır.

2. Maya göbələyi

Daxili xəstəliklərlə yanaşı, kəpəyin yaranmasına Pityrosporum Ovale (və ya Malassezia Furfur) maya göbələyi səbəb ola bilər. Baxmayaraq ki, bu parazit insanın başında daim olur, onun aktivləşməsi maddələr mübadiləsinin pozulması, stress və fiziki yorğunluq zamanı baş verir. Göbələk çoxalaraq, qabığın əmələ gəlməsinə səbəb olur.

Vacibdir:

Əgər baş dərisi qızarıb və qabıqlar qat bağlayıblarsa, təcili dermatoloqa müraciət etmək lazımdır. Bu daha təhlükəli xəstəliklərin əlaməti ola bilər.

Kəpəyi necə müalicə etmək olar?

Kəpəyi mütləq müalicə etmək lazımdır, əks halda saçlarınızdan belə ola bilərsiniz.

Əksər hallarda kəpəkdən azad olmaq üçün sadəcə qida rejimini yaxşılaşdırmaq, xeyirli məhsulları rasiona əlavə etmək kifayətdir. Yağlı, duzlu, şirin və hazır yeməklərə “yox” demək lazımdır. Müalicəni sürətləndirmək üçün apteklərdən xüsusi şampunlardan əldə edib, istifadə etmək lazımdır. Şampunu alarkən tərkibinə baxmaq lazımdır və ən effektli olanı seçmək lazımdır. Onun tərkibində deqot, kükürd, olamin, ketikonazol, klimbazol, bitki qarışıqları olmalıdır.

Həmçinin şampunun istifadə qaydasına mütləq baxın. Bəzən “yu-yaxala” prinsipi nəticə vermir. Əsas da hansı tezlikdə yuyulmalıdır ki, effekt optimal olsun və sizə ziyan dəyməsin. Effekt 4-6 həftəyə bilinəcək.

Pararlel olaraq “duz” maskasından istifadə edə bilərsiniz. Beləki, həftədə iki dəfə saçlarınızı yumadan əvvəl istifadə edilməlidir. Duzu nəm saçlarınızın dibinə sürtərək, 10 dəqiqə saxlayıb yumaq lazımdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın