Home / BİZNES  / Maliyyə vəziyyətinizi yaxşılaşdırmağın 10 üsulu

Maliyyə vəziyyətinizi yaxşılaşdırmağın 10 üsulu

Müasir zamanda yeməkdə və geyimdə qənaət edərək, maliyyə vəziyyətini yaxşılaşdırmaq artıq mümkün deyil. Uzunmüddətli maliyyə dayanaqlılığını əldə etmək üçün müəyyən qaydalara riayət etmək lazımdır. İDOL.AZ olaraq, sizlərə şəxsi maliyyə dayanaqlılığınızı artıracaq 10 sadə məsləhət hazırlamışıq. 1. Maliyyə

pul bölgüsü

Müasir zamanda yeməkdə və geyimdə qənaət edərək, maliyyə vəziyyətini yaxşılaşdırmaq artıq mümkün deyil. Uzunmüddətli maliyyə dayanaqlılığını əldə etmək üçün müəyyən qaydalara riayət etmək lazımdır.

İDOL.AZ olaraq, sizlərə şəxsi maliyyə dayanaqlılığınızı artıracaq 10 sadə məsləhət hazırlamışıq.

1. Maliyyə bölgüsü

Sadə, universal və ən əsası da “uduşlu” üsul. Burada gəlirin yığım və xərc kimi bölgüsü nəzərdə tutulur. Məsələn, böyük bir depoziti bir neçə yerə bölün və bir neçə banka qoyun. Nəticədə bir bankda problem yarananda, digərindən istifadə etmək imkanına sahib olacaqsınız. Yadınızda saxlayın ki, bütün müharibəni uduzmaqdansa, hər hansı bir savaşı uduzmaq daha yaxşıdı.

2. Özünüzə maaş verin

Çox yayılmış bir metoddur. Beləki, sıravi insan maaş alarkən, dərhal mütləq və planlaşdırdığı xərclərini ayırır, öz inkişafı barədə isə sonda düşünür.

Praqmatik insan maaşının 5-10%-nı dərhal öz inkişafına, investisiya və ya gələcək yeni ideyalar üçün ayırır. Başa düşün ki, bu pullar maşına və ya ev üçün deyil, sadəcə gələcəkdə bir iş görə bilmək imkanını saxlamaq üçündür.

Sadə görsənsə də, olduqca çətindir. Bunu etmək üçün özünənəzarət olduqca güclü olmalıdır və bəzi şeylərdən imtina etmək bacarığına malik olmalıdır.

3. Əlavə xərclərdən qaçın

Müxtəlif cəzalar, peniyalar, banklarda gecikmələr. Bu xərclərdən çalışın uzaq durun. Bütün pul öhdəliklərinizi vaxtında yerinə yetirin. İlk baxışdan xırda görünən xərclər, cəm halında heç də az bir məbləğ təşkil etmir.

4. Dostlarınıza borc verməyin

Həyat təcrübəsi göstərir ki, dostlata borc vermək düzgün deyil. Əgər kömək etmək istəyirsiniz isə, geriyə istəməyəcək miqdarda verin. Gələcəkdə bu gəlir gətirmir.

5. Özünüz ilə az pul götürün

Maqazinə, marketə və ya digər pul xərclənəsi yerlərə gedirsiniz isə, özünüzlə az miqdarda pul götürün ki, çox xərcləməyəsiniz. Beləliklə, zamanla siz özünüzü ani alış-verişlərdən qorumuş olacaqsınız. Kredit kartlarını tamamilə ləğv edin. Əks halda burada çox güclü iradəyə böyük təlabat var.

6. “Qara” günə pul ayırın

Heçnəyə baxmayaraq, sizin evdə “qara” gün üçün pulunuz olmalıdır. Beləki, gəlir mənbəyiniz tükənən də, bu pullar sizə ən az 2-3 aya çatmalıdır ki, siz yeni gəlir mənbəyi, iş tapasınız. Bu sizin fors-major büdcəniz sayılmalıdır və ordan pullar yalnız uyğun hallarda götürülməlidir.

7. Cərimə sistemi qurun

Uşaqlıqda “3” qiymətinə görə həmişə cəzalanırdıq. Böyüdükcə bu cəzalar ləğv olundu. Bərpa etməyin vaxtıdır. Çox pul xərclədiniz – cərimə, istirahətə çox pul getdi – cərimə, pul itirdiniz – cərimə, az qazandız – cərimə. Hər bir insan özünə uyğun cərimələr tətbiq edə bilər. Ən əsası sonda yığılan pulu başqasına, uşağa və ya ən yaxşısı xeyriyyə məqsədi ilə xərcləməkdir.

8. Hər bir şeyin açıqlaması olmalıdır

Hər şeydən öncə sağlamlıq, təhlükəsizlik və funksionallıqdır. Ucuz bir şeyləri alıb, sağlamlığınıza zərər yetirməyin. Çalışın universallığa üstünlük verin ki, qənaət edə biləsiniz. Sadə lakin xeyirli bir şey, gözəl lakin heç kimə lazım olmayandan min dəfə yaxşıdır.

9. Mütəxəssisə xərcləyin

Evdə təmiri özünüz etməyə çalışmayın. Əgər bu işdə mütəxəssis deyilsiniz isə, ustanı çağırın. İstirahətdə, sağlamlıqda, qidada qatı qənaətə getmək heç də yaxşı deyil. Nəticədə yaranan problemlər sizi daha da çox xərcə sala bilər. Xəsis ikiqat xərcə düşür, bunu yaddan çıxartmayın.

10. An ilə yaşamayın

Ən çətin icra olunan və ən xeyirli üsul. Bir çox insan ani arzularını yerinə yetirmək istəyirlər: “onu istəyirəm, bunu istəyirəm”, niyə – bilmək olmur. Gələcəyi fikirləşməyi öyrənin, ani bir “boş” istəyin reallaşması, gələcəkdə yaranacaq lazımı təlabatları ödəmək imkanının olmamasına gətirib çıxarda bilər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın