Home / İDMAN  / Sinə əzələlərinin inkişafı: məşq proqramı

Sinə əzələlərinin inkişafı: məşq proqramı

Sinə əzələlərini inkişaf etdirmək heç də asan iş deyil. Ceyms Qreyd (BPI Sports vise-prezidenti) təqdim etdiyi proqramda yalnız fundamental məşqlərə yer verib. Hər şey əzələnin tam işləməsi üçün nəzərdə tutulub. Məşqlər sadə görsənə bilər - sizin

sinə əzələsi

Sinə əzələlərini inkişaf etdirmək heç də asan iş deyil. Ceyms Qreyd (BPI Sports vise-prezidenti) təqdim etdiyi proqramda yalnız fundamental məşqlərə yer verib. Hər şey əzələnin tam işləməsi üçün nəzərdə tutulub.

Məşqlər sadə görsənə bilər – sizin işiniz maksimal vergi ilə məşq etmək və istirahətə daha az vaxt ayırmaqdır. Yanaşmalar arası 15-20 saniyə fasilə məsləhət olunur.

Nəticə – zəhmət və vaxt tələb edir. Növbəti 5 effektiv məşqi proqramınıza daxil etsəniz və layiqli yerinə yetirsəniz, mütləq nəticə əldə edəcəksiniz.

№1. Ştanqa ilə uzanaraq jim
Sinə məşqi günü uzanaraq jim əvəzolunmaz məşqə çevrilir. Qreyd qeyd edir ki, bu sinə əzələsinin artımı üçün ən güclü məşqdir.

Məşq edərkən enli tutuşa üstünlük verin. İlk yanaşmanı 20 təkrar ilə yerinə yetirin. Sona doğru çəkini artırın. Sonuncu yanaşmanı 10 dəfə edin. Çəki, əzələlərin işlədiyini hiss edəcəyiniz normada olmalıdır. Burada əsas əzələni sonadək işlətməkdir.

ştanqa ilə uzanaraq jim

№2. Maili vəziyyətdə qantellərlə jim
Burada sinənin yuxarı əzələlərinə diqqəti daha çox artırmaq mümkün olur. Ağır qantellər götürün və ilk yanaşmada 10-12 təkrar yerinə yetirin. İkinci yanaşmada isə əzələləriniz imtina edənə qədər işləyin. Fikir verin ki, dirsəkləriniz çiyin səviyyəsindən aşağı düşməsin. Çalışın təkrarlar keyfiyyətli olsun, bunlar göstəriş və sadəcə ağır qaldırmaq üçün edilmir. Sizin məqsədiniz – yaraşıqlı bədən yığmaqdır.

maili oturacaqda qantellərlə jim

№3. Uzanaraq qantellərin yana açılması
Bu məşq sinə ətrafı olan əzələləri hərəkətə gətirir və olduqca effektlidir. Bu məşq nəticədə digər məşqlərdə sinə əzələlərinin köməyə gəlməsinə səbəb olur.

Sizə iki yanaşma lazımdır. İlk yanaşmada 10-12 təkrar, ikincisində isə imtinaya qədər. Ceymsin sözlərinə görə əllərinizi tam açmalısınız və dartınmanı hiss etməlisiniz. Çalışın hərəkəti tələsmədən və nəzarət edərək yerinə yetirəsiniz.

uzanaraq qantellərin yana açılması

№4. Bruslarda jim
Bu məşq qiymətləndirilmir və demək olar ki, unudulub. Maksimum enli tutuşdan başlayın. Bacardığınız qədər yavaş aşağı enin və sadəcə yarıya qədər qalxın. Ayaqlarınızı arxaya aparın, bədəninizi isə qabağa verin. Hər yanaşmada imtinaya qədər təkrar yerinə yetirin. Ceyms məsləhət bilir ki, əlavə çəkidən imtina edib, texnikaya üstünlük verəsiniz.

bruslarda jim

№5. Jim
Jim – məşqi yekunlaşdırmaq üçün əla seçimdir. Ceyms minimal yanaşma ilə, 100 təkrar yerinə yetirir. Bacardığınız qədər təkrar yerinə yetirin, lazım gələrsə istirahət edin, nəfəsinizi normalaşdırın yenidən jimə başlayın. Bacadığınız kimi jim edin, əsas təkrarların sayını 100-ə çatdırasınız. Sinə əzələləriniz tam işləsin və qan axını yaxşılaşsın.

yerdən jim

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın