Home / SAĞLAMLIQ  / Sistitin müalicəsində xalq təbabəti

Sistitin müalicəsində xalq təbabəti

Sidik kisəsinin selikli qişasının iltihabı "sistit" adlandırılır. Sistit əsasən qadın xəstəliyi olsa da kişilərdə də müşahidə edilir. Sistit özünü bu kimi simptomlarla büruzə verir: - tezləşmiş sidik ifrazı; - sidik ifrazı zamanı ağrılar; - qarının aşağı hissəsində ağırlıq hissi; -

sistit

Sidik kisəsinin selikli qişasının iltihabı “sistit” adlandırılır. Sistit əsasən qadın xəstəliyi olsa da kişilərdə də müşahidə edilir.

Sistit özünü bu kimi simptomlarla büruzə verir:

– tezləşmiş sidik ifrazı;

– sidik ifrazı zamanı ağrılar;

– qarının aşağı hissəsində ağırlıq hissi;

– sidikdə qanın olması;

– sidiyin bulanıq olması;

– uretrada (sidik kanalı) diskomfort və yandırma hissi.

Nəzərinizə çatdıraq ki, sistit yüksək hərarətlə müşaiət olunmur. Bu səbəbdən əgər yuxarıdakı simptomlarla yanaşı sizdə bədən hərarəti yüksək qalxırsa, bu daha ciddi xəstəliyin – böyrək iltihabının simptomu ola bilər.

Sistit zamanı xalq təbabəti üsulları çox geniş istifadə olunur. Bu xalq təbabəti üsulları arasında:

1. Adi duz tavada yaxşı qızdırılır, parça torbaya tökülür (quru qrelka) və qarının aşağı hissəsinə və qasıq nahiyəsinə qoyulur. Qızdırıcı (qrelka) çox isti olmamalı, yandırmamalıdır. Belə proseduru gündə 3 dəfə etmək lazımdır.

2. Müalicəvi otların dəmləmələri də sistit zamanı çox yaxşı kömək edir. Bu otlar sidikqovucu təsir edir və bunun nəticəsində sidik kisəsində olan və iltihab yaradan mikroblar, irin, toksinlər buradan xaric olunur. Digər tərəfdən belə otlar mikrobları məhv etmək xüsusiyyətinə malikdir.

Sidikqovucu və iltihabəleyhinə təsirə malik olan otlar: ayıqulağı, cəfəri toxumları, tozağacı yarpaqları və tumurcuqları, qarğıdalı saçaqları, sürvə, çobanyastığı, itburnu, mayaotu toxumu, qatırquyruğu, dazı. Bu otları həm tək-tək, həm də yığım şəkildə istifadə etmək olar.

– 1 xörək qaşığı ayıqulağı, 1 xörək qaşığı çobanyastığı, 1 xörək qaşığı qarğıdalı saçaqları, 1 xörək qaşığı itburnu (əvvəlcədən əzmək lazımdır) 1 l qaynar suda 3 saat ərzində dəmləyin, bir neçə dəfə yaxşı süzün ki, itburnu meyvəsinin içində olan xırda tükcüklər dəmləməyə düşməsin və gün ərzində hər dəfə 1/2 stəkan olmaqla bu dəmləməni için.

– 1 xörək qaşığı cəfəri toxumu, 1 xörək qaşığı sürvə, 1 xörək qaşığı qatırquyruğu, 2 xörək qaşığı təzə və ya 1 xörək qaşığı quru zoğal yuxarıdakı qaydaya uyğun olaraq hazırlanır və içilir.

– 1 tikə bərəmum (propolis) sürtgəcdən keçirilir və 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir. Dəmləməni gündə 3 dəfə hər dəfə 1/3 stəkan olmaqla qəbul etmək lazımdır.

3. Sistit zamanı isti ayaq vannaları da yaxşı effekt verir. Axşam yatmazdan əvvəl isti ayaq vannası edin (suya dəniz duzu və ya adi duz əlavə etmək olar), ayaqlarınızı qurudun, corab geyinin və belə yatın.

Sadaladığımız vasitələri yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Bu vasitələr əsas müalicə ilə yanaşı istifadə olunur.

Müalicə zamanı pəhriz böyük rol oynayır. Rasionunuzdan turş, qızardılmış, duzlu, istiotlu qidaları, ədviyyatları, yağlı şorbaları xaric edin. Rasionunuza bol təzə tərəvəz (qarpız, xiyar, boranı), meyvə (sitrus meyvələri istisna olmaqla), süd məhsulları, bişmiş ət və balıq daxil edin. Mayenin qəbulunu 3 litrə kimi çatdırın (buna əks göstəriş yoxdursa). Bu adi təmiz su, müalicəvi otların dəmləmələri ola bilər. Mərcanı (quşüzümü) kompotu sistit zamanı çox təsirli müalicəvi vasitə sayılır.(saglamolun.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın