Home / QİDA  / Sobada holland pendirli kartof püresi

Sobada holland pendirli kartof püresi

Asan və nisbətən ucuz nahar təklifi. Evinizdə özünüzə ləzzətli yemək hazırlayın. Kartofu hər kəs sevir. Bu səfər belə bişirin. Lazım olan ərzaqlar: 6-7 ədət kartof, 1 stəkan süd, zeytun yağı, 200 qr holland pendiri, duz, istiot. Hazırlanma

holland pendirli püre

Asan və nisbətən ucuz nahar təklifi. Evinizdə özünüzə ləzzətli yemək hazırlayın. Kartofu hər kəs sevir. Bu səfər belə bişirin.

Lazım olan ərzaqlar: 6-7 ədət kartof, 1 stəkan süd, zeytun yağı, 200 qr holland pendiri, duz, istiot.

Hazırlanma qaydası:
Kartofları təmiz yuyun. Qabıqları ilə birlikdə bişirin. Bişirdikdən sonra kartofların qabıqlarını soyun və isti-isti kartofları əzib püre edin. Bir qazana əzilmiş kartof, süd, zeytun yağı və ədviyyatları əlavə edin, bunları qarışdıraraq vam odda bişirin. Orta boy bir soba qabını yağlayın. Hazırladığınız püreni soba qabının içinə yığın və üzərinə rəndələnmiş holland pendirini əlavə edin.

Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada pendirlər əriyənə qədər bişirin. İsti-isti servis edin. Nuş olsun!(1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın