Home / XƏBƏRLƏR  / Avtomobildəki tibb çantasında nə olmalıdır?

Avtomobildəki tibb çantasında nə olmalıdır?

Bir neçə gündür mediada avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibb çantası olmayan sürücülərin cərimələnəcəyi ilə bağlı xəbərlər verilir. Yanğınsöndürmə balonu və qəza işarəsi aydın məsələdir. Bəs tibb çantasının içində nə olmalıdır? Azərbaycan Respublikasının Səhiyyə

tibb çantası

Bir neçə gündür mediada avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibb çantası olmayan sürücülərin cərimələnəcəyi ilə bağlı xəbərlər verilir.

Yanğınsöndürmə balonu və qəza işarəsi aydın məsələdir. Bəs tibb çantasının içində nə olmalıdır? Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 5 avqust 2008-ci il Tarixli 09 nömrəli əmrlə təsdiq olunmuş avtomobillər üçün ilk tibbi yardım çantalarının tərkibi barədə məlumat:

1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:

1.1. Analgin 0,5 №10 (yaxud əvəzedici) qutu – 1 ədəd;
1.2. Portativ hipotermik (soyuducu) paket – konteyner – 1 ədəd;
1.3. Natrium sulfasil məhlulu tubik – 1 ədəd;
1.4. Aspirin qutu – 1ədəd.

2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vəsaitlər:

2.1. Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut – 1 ədəd;
2.2. Steril bint 10×5 sm – 1 ədəd;
2.3. Qeyri-steril bint 10×5 sm – 1 ədəd;
2.4. Qeyri-steril bint 5×5 sm – 1 ədəd;
2.5. Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8×10 sm ölçüdə MAQ atravmatik sarğısı – 1 ədəd;
2.6. Bakterisid leykoplastr 2,5×7,0 sm yaxud 2×5 sm – 8 ədəd;
2.7. Kapilyar və venoz qanaxmaları saxla- ədəd 3 MAQ üçün 6×10 sm, 10×18 sm ölçüdə furaqinli «Koleteks QEM» steril salfetləri, yaxud statin (toz halında) 1,0 qr – 3 dəst;
2.8 Spirtdə 5 faizli yodun yaxud1 faizli brillant abısının məhlulu (zelyonka) – 1 flakon;
2.9. 1×500 sm, yaxud 2×500 sm, yaxud 1×250 sm öçüdə leykoplastr – 1 ədəd;
2.10. Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6 hər birindən – 14 ədəd;
2.11. Pambıq 50 q – 1 bağ.

3. Ürək ağrılarına qarşı vəsaitlər:

3.1. Nitroqliserin həbləri №40 yaxud kapsulası №20 (trinitrolonq) – 1 qutu;
3.2. Validol (tabletka yaxud kapsula) – 1 qutu.

4. Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:

4.1. Süni nəfəs vermək üçün alət – «Ağız-qurğu-ağız» – 1 ədəd.

5. Bayılmaya qarşı vasitə:

5.1. Ammiak məhlulu (naşatır spirti) – 1 flakon.

6. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:

6.1. Enterodez qutu 2 yaxud aktivləşdirilmiş kömür №10 – 1 qutu.

7. Stres hallarına qarşı vəsaitlər:

7.1. Korvalol – 1 flakon.

8. Küt uclu qayçı – 1 ədəd.

9. Təlimat – 1 ədəd.

10. Plastmas futlyar – 1 ədəd.

Qeyd:

1. Siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək olmaz;
2. Komlektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş vasitələrdən istifadə etmək olmaz;
3. Çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır.(avtosfer.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın