Home / BİZNES  / SMART məqsədlər nə deməkdir?

SMART məqsədlər nə deməkdir?

Uğur qazanmaq arzusunda olan hər bir insanın dəqiq məqsədi olduğu kimi, nəhəng şirkətlərin də eyni dəqiqliklə təyin edilmiş məqsədləri vardır. Lakin kiçik biznes sahəsində heç də bütün şirkətlər dəqiq məqsədlərə sahib deyillər. Bir çox sahibkarların

smart

Uğur qazanmaq arzusunda olan hər bir insanın dəqiq məqsədi olduğu kimi, nəhəng şirkətlərin də eyni dəqiqliklə təyin edilmiş məqsədləri vardır. Lakin kiçik biznes sahəsində heç də bütün şirkətlər dəqiq məqsədlərə sahib deyillər. Bir çox sahibkarların tipik məqsədi “biznesi inkişaf etdirmək”-dir.

Hər hansı bir mütəxəssisin sizin şirkətinizdə 50 və yaxud 1 il işləməsindən asılı olmayaraq uğur, sizin məqsəd təyin edib ona nail olmaq bacarığınızdan asılıdır. Biznesinizə təkan vermək və onu belə desək doğru yolda irəlilətmək istəyirsinizsə SMART məqsədlərdən istifadə etmək lazımdır.

S.M.A.R.T. – ingilis dilində məqsədin sahib olmalı olduğu 5 əsas xüsusiyyətin qısaldılmış formasıdır. Bu xüsusiyyətlər isə, konkretlik, ölçülə bilən, əldə edilə bilən, aktuallıq və məhdudlaşdırılmış zamandır. Məhz bu xüsusiyyətlər hərəkət planını əldə edilmiş nailiyyətə doğru aparır.

Konkretlik – yaxşı məqsəd dəqiq olaraq təyin edilməlidir. Diqqətinizi konkret olaraq 1 məqsədə yönəltdikdə həmin məqsəd özünə resurs və enerji cəlb etməyə başlayır. Diqqətinizi nə qədər çox yönləndirsəniz, məqsədiniz bir o qədər çox resurs və enerji cəlb edər.

Ölçülə bilən – ölçüsüz məqsədlər nəticəsiz müsabiqə kimidir. Rəqəmlər biznesin vacib hissəsidir. Nəyin doğru yolda olduğunu anlamağa imkan verən konkret rəqəmlər yaradın. Ofisdə hər kəsə məlum olan ölçülmüş məqsəd əməkdaşlara konsentrasiya olmağa və planlaşdırılmış nəticəni əldə etməyə çalışmağa kömək edəcək.

Əldə edilə bilən – çox tez-tez hallarda sahibkarlar qarşılarına nail ola bilməyəcəkləri məqsədlər qoyurlar. Hələ heç kəs bir gündə milyard dollara sahib olmağı bacarmayıb. Məqsəd qurarkən reallığa əsaslanmağınız mütləqdir. Nəhəng və inanılmaz məqsədlər arzu etmək olar, amma bu zaman ayağınızın birinin yerdə olması gərəkdir.

Aktuallıq – əldə etmək mümkün olan məqsədlər cari situasiya və iş mühitinin vəziyyətinə əsaslanır. Gəlirinizi 50% həcmində artırmaq arzusunda ola bilərsiniz. Lakin hazırda böhran yaşanırsa və bazarda əlavə 3 rəqibiniz peyda olubsa, o zaman cari məqsədiniz bazardakı cari vəziyyətə uyğun gəlmir.

Zaman məhdudluğu – işgüzar tapşırıqlar onların müddəti olmadıqda yerinə yetirilmir. Gəlirin 20% artırılmasından tutmuş, 5 yeni müştərinin tapılmasına qədər istənilən məqsəd yerinə yetirilmə müddətinə sahib olmalıdır.

SMART kateqoriyalarına uyğun gələn məqsəd təyin etdikdən sonra onları konkret tapşırıqlara bölün. Mütəmadi olaraq məqsədləri nəzərdən keçirmək və düzəlişlər etmək mütləqdir. Məqsədlərin quruluşu uğurun əldə edilməsi üçün mühüm alətdir.(banker.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın