Home / İDMAN  / Bodibildinq, paurliftinq, fitnes – nəyi seçək?

Bodibildinq, paurliftinq, fitnes – nəyi seçək?

Bir çoxlarımız trenajor zalına gedirik və sistemsiz məşq edirik. Məşq edərək məqsədlərinizi dəqiqləşdirin və nəilə məşğul olmaq isədiyinizi dəqiqləşdirin. Məqsədinizi dəqiqləşdirin və "doğru" idmanla məşğul olun. Paurliftinq Paurlifterlər üçün əsas üç məşq mövcuddur - çömbəlmə, uzanaraq sinəyə jim,

bodybuilding or fitness

Bir çoxlarımız trenajor zalına gedirik və sistemsiz məşq edirik. Məşq edərək məqsədlərinizi dəqiqləşdirin və nəilə məşğul olmaq isədiyinizi dəqiqləşdirin.

Məqsədinizi dəqiqləşdirin və “doğru” idmanla məşğul olun.

Paurliftinq

Paurlifterlər üçün əsas üç məşq mövcuddur – çömbəlmə, uzanaraq sinəyə jim, yerdən qaldırma. Məhz bu üç məşq bədənin bütün əzələlərini hərəkətə gətirir. Paurliftinq ilə məşğul olan kişilər “böyük” olur, onların qaldırdığı çəkilər kimi. Əgər bodibilder bir məşqə 15 hərəkət yerinə yetirirsə, paurlifter üçün 5-i kifayət edir. Paurlifter üçün əsas çəkinin artırılmasıdır.

Beləliklə, paurliftinq – üç hərəkətdə (çömbəlmə, uzanaraq jim, yerdən qaldırma) maksimal ağırlıqları qadırmaqdır. Burada relyef bədən barəsində düşünmək ağılsızlıqdır. Lakin bir çox mütəxəssislər başlayanlar üçün ilk iki il məhz paurliftinq ilə məşğul olmağı məsləhət bilirlər. Burada ağır çəkilərin qaldırılmasına və çəki yığılmasına təkan olur. Sonradan bodibildinq sahəsində relyef bədənə nail olmaq asanlaşır.

Bodibildinq

Bodibildinq – burada əsas məqsəd əzələ həcmi və relyefidir, əzələ gücü nəzərə alınmır. Bu səbəbdən çoxlu yanaşma və təkrarlar nəzərdə tutulur. Əgər paurlifter gücü artırmaq üçün qidalanmalıdırsa, bodibilder qatı pəhriz tutmalı və əzələ artımına səbəb olan qidalara üstünlük verməlidir.

Bodibildinq heç də ucuz başa gələn idman növü deyil. Beləki, gündə ət, toyuq filesi, bahalı protein kokteyləri heç də hər kişinin cibinə uyğun olan deyil.

Fitnes

Qəbul olunub ki, fitnes ilə yalnız qadınlar məşğul olur. Əslində zala gələn bir çox kişilərdə arıqlamaq üçün aerobik məşqlər edir və biraz forma yığmaq üçün güc məşqlərinə üz tuturlar.

Fitnesdə bodibildinqdən fərqli olaraq, çəki rekordlarına fikir verilmir, yalnız yaxşı forma. Fitnesdə prinsip: daha çox məşq, tez-tez məşq, az çəki və çoxlu təkrar.

Fitnes sağlamlığa daha çox xeyirdir. Fitnes sevənlər enerjili, gözəl bədən quruluşlu və dəmir sağlamlığa malik olanlardır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın