Home / BİZNES  / Dünyanın 10 ən ağıllı ölkəsi

Dünyanın 10 ən ağıllı ölkəsi

Qlobal dünya problemlərini həll etmək üçün alimlərə ehtiyac var. Sizlərə dünyanın ən çox alimlərinin cəmləşdiyi ölkələrin siyahısını təqdim edirik. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (Organisation for Economic Co-operation and Development, OECD) dünyanın inkişaf etmiş 40 ölkəsində

ən ağıllı ölkələr

Qlobal dünya problemlərini həll etmək üçün alimlərə ehtiyac var. Sizlərə dünyanın ən çox alimlərinin cəmləşdiyi ölkələrin siyahısını təqdim edirik.

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (Organisation for Economic Co-operation and Development, OECD) dünyanın inkişaf etmiş 40 ölkəsində araşdırma aparır. OECD “Sənaye, elm və texnologiyalar” məruzəsini təqdim edib. Burada təbii elmlər, texnologiyalar, mühəndislik və riyaziyyat (STEM) sahəsində alınan elmi dərəcələrin reytinqini təqdim olunub.

10. Portuqaliyada 25% məzun STEM elmləri sahəsində dərəcə ala bilir. Bu ölkə araşdırma aparılan 40 ölkə arasında elmlər doktoru sayı ilə liderdi – 72%.

9. Avstriya (25%) elmlər namizədlərinin sayına görə ikinci yerdədi. Burada hər 1000 nəfərə 6,7 qadın və 9,1 kişi elmlər doktoru düşür.

8. Meksikada araşdırmaların və elmi işlərin sərmayəsinə olan vergi güzəştlərinin qaldırılmasına baxmayaraq, STEM göstəricisi 24%-dan 25%-ə qalxmışdır.

7. Estoniya – 26%. Qadınların nisbətinə görə lider ölkələrdəndir – 41% qadın alim.

6. Yunanıstanda dərin böhran elmə də təsir etmişdi. Bu ölkədə STEM göstəricisi 28%-dan 26%-ə enmişdir.

5. Fransada (27%) əksər alimlər dövlət qurumları və universitetlərdə deyil, sənayədə cəmləşiblər.

4. Finlandiya – 28%. Bu ölkədə daha çox tibb araşdırmaları nəşr edilir.

3. İsveç 28% ilə sıralamadadır. Baxmayaraq ki, iş yerlərində kompüterlərdən istifadəsinə görə qonşu Norveçdən geri qalır. İşçiləri sadəcə 3/4 iş yerlərində kompüterlə təmasda olurlar.

2. Almaniya (31%) STEM dərəcəli məzunlarına görə yalnız ABŞ və Çindən geri qalır. Orta hesablamalara görə Almaniya ildə 10 min STEM dərəcəli məzun buraxır.

1.Cənubi Koreyanın STEM göstəriciləri 39%-dan 32%-ə enib. Ölkə yenə də OECD versiyasına görə lider pilləsini özündə saxlayıb.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın