Home / QİDA  / Qozlu salat hazırlayın

Qozlu salat hazırlayın

Qozun kişi orqanizminə necə faydalı olduğundan çox yazılıb və deyilib. Qoz əsl kişilərin çərəzidir. Kişilər mütləq daim qoz yeməlidirlər. Bu səfər sizə qozlu və dadlı salatın hazırlanma qaydasını təqdim edirik. Salat üçün lazım olan ərzaqlar: 150

qozlu salat

Qozun kişi orqanizminə necə faydalı olduğundan çox yazılıb və deyilib. Qoz əsl kişilərin çərəzidir. Kişilər mütləq daim qoz yeməlidirlər. Bu səfər sizə qozlu və dadlı salatın hazırlanma qaydasını təqdim edirik.

Salat üçün lazım olan ərzaqlar: 150 qr toyuğun döş əti (file), 2 əd yumurta, 100 qr göbələk, 1 baş soğan, 100 qr ağ pendir, 2 diş sarımsaq, 50 qr qoz ləpəsi, mayonez, zeytun yağı, duz və istiot.

Hazırlanma qaydası: Qozlu salat hazırlamaq üçün əvvəlcə soğanı xırda doğrayın, göbələkləri duzlu suda 15 dəqiqə ərzində qaynadın. Qaynar tavada zeytun yağında göbələkləri və soğanı qızardın və sonra bunları soyudun. Toyuq ətini qaynadın, soyudun və didin. Yumurtanı qaynadın və sürtgəcdən keçirin. Sarımsağı əzin, pendiri sürtgəcdən keçirin və bir boşqabda pendiri, sarımsağı və mayonezi qarışdırın. Qozu xırdalayın, sürtgəcdən də keçirmək olar.

Salatı qat-qat yığın:

Birinci qat (aşağı) – toyuq əti (mayonez yaxılır);
İkinci qat – yumurta (mayonez yaxılır);
Üçüncü qat – soğanlı göbələklər (mayonez azacıq yaxılır);
Dördüncü qat – sarımsaqlı və mayonezli pendir;
Beşinci qat – qoz ləpəsi.

Nuş olsun! (1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın