Home / BİZNES  / Reklam büdcəsinin yaratma üsulları

Reklam büdcəsinin yaratma üsulları

Azərbaycanda kiçik və orta tipli şirkətlər reklam büdcəsini ya səhv planlayırlar ya da heç planlamırlar. Bu isə ay ərzində və il ərzində şirkətlərin satışlarında nə qədər dəyişikliklərin baş verdiyini ölçməkdə böyük çətinliklər ortaya qoyur. Bu yazımızda

reklam büdcəsi

Azərbaycanda kiçik və orta tipli şirkətlər reklam büdcəsini ya səhv planlayırlar ya da heç planlamırlar. Bu isə ay ərzində və il ərzində şirkətlərin satışlarında nə qədər dəyişikliklərin baş verdiyini ölçməkdə böyük çətinliklər ortaya qoyur.

Bu yazımızda ən çox istifadə olunan reklam büdcəsinin yaratma üsullarına nəzər yetirəcik.

1. Satış faizi üsulu
Şirkətlərin çox hissəsi satışlarının müəyyən faizi qədər reklama büdcə ayırarlar. Ən üstün üsul sayıla bilər. Bu iki üsulla tətbiq edilir. Bəzi şirkətlər təxmini qazanclarının müəyyən faizini büdcə olaraq ayırdıqları zaman, bəziləri isə faktiki qazanclarının müəyyən faizini büdcə olaraq ayırırlar.

2. Maksimum xərcləmə üsulu
Bir hissə şirkətlər reklam büdcəsi üçün şirkətin bacardığı qədər ayıra biləcəyi maksımum büdcə ayırırlar. Bu tipli şirkətlərin əsas məqsədi tez bir zamanda bazarın böyük bir pay hissəsini ələ keçirməkdir.

3. Rəqibləri izləmə üsulu
Müəssisənin bazar payına və məhsulun bazar seqmentinə bağlı olaraq bəzi müəssisələr, rəqiblərin reklam büdcəsini özlərinə mənbə olaraq seçirlər. Burdakı əsas məqsəd pazar liderləri və yaxud digər rəqibləri izləyərək lazımsız büdcə xərcləri yaratmamaqdır.

4. Hədəf üsulu
Bu üsul reklam büdcəsi idarəedicilərin şirkət üçün hədəflərinə əsaslanır. Sadecə burada diqqət ediləsi bəzi məqamlar var:
* Reklam hədəflərini maksimum şəkildə rəqəmlərə əsasən təyin etmək lazımdır;
* Bu hədəflərə çatmaq üçün hansı tədbirlərin və yaxud fəaliyyətlərin görülməsi lazım olduğunu bilmək;
* Bu fəaliyyətlərin nə qədər xərc tələb etdiyini bilmək.

5. Statistik analizi üsulu
Axır zamanlar medianın çeşidlənməsi reklam qərarlarının verilməsində mürəkkəblik ortaya çıxartmışdır. Buna görə də statistik analizlərindən faydalanmaq lazımdır. Müxtəlif statistik analiz metodlarından istifadə olunaraq reklam büdcəsinin nə qədər olmasını daha rahat müəyyənləşdirmək olar. Bu metodlardan ən əsası satış reaksiyası metodudur. Bu metod sayəsində reklamın satışa nə qədər təsir etdiyini ölçmək olur və buna əsasən də reklam büdcəsinin artırılıb azaldılması qərarı verilir.(cavidabasov.blogspot.com)

Cavid Abasov

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın