Home / İDMAN  / Aşağı presin turnikdə işlədilməsi

Aşağı presin turnikdə işlədilməsi

Aşağı presə işləməyə dəyər. Çünki bu əzələ çanaqda qan dövranını yaxşılaşdırır və bununla da ereksiyaya müsbət təsir edir. Turnikdə asılaraq ayaqlarınızı qaldırın. Bu baza məşqidir və aşağı presi gücləndirir, onu formaya salır. Bu məşq ən güclü və

aşağı pres

Aşağı presə işləməyə dəyər. Çünki bu əzələ çanaqda qan dövranını yaxşılaşdırır və bununla da ereksiyaya müsbət təsir edir.

Turnikdə asılaraq ayaqlarınızı qaldırın. Bu baza məşqidir və aşağı presi gücləndirir, onu formaya salır.

Bu məşq ən güclü və eyni zamanda əzələ üçün əziyyətlidir. Təcrübəsi az olanlar dizlərini qatlayaraq edə bilərlər. Pres məşqlərinin əvvəli edilməlidir və optimal yanaşma sayı 3-4, təkrar isə 10-25 kimi qəbul edilir.

Yerinə yetirilmə texnikası
Turnikdən asılın. Əl və ayaqlar tam açılmış vəziyyətdə olmalıdır. Nəfəsi alın və güclü hərəkət ilə ayaqlarınızı düz şkildə bacardığınız qədər yuxarı qaldırın. Yuxarıda bir neçə saniyə saxladıqdan sonra, yavaş templə ayaqlarınızı aşağı salın. Qeyd etdiyimiz kimi, məşq çətindirsə, dizlərinizi qıraraq da edə bilərsiniz.

turnikdə pres

Təlimat
1. Aşağı presin işləməsi üçün ayaqlarınızı bacardığınız qədər yuxarı qaldırmalısınız. Beləki, ayaqlarınız ilə bədəniniz arasında 30-45 dərəcəli bucaq yaranmalıdır.

2. Əzələyə düşən yük daha çox olsun deyə, ayaqlarınızla bərabər çanaqlarınızı da qaldırın.

3. Hərəkətə başlayarkən ayaqlarınızı biraz arxaya aparın, ilk tərkrarı etməyə kömək edəcək.

4. Bu məşq əlavə çəkisiz yerinə yetirilir.

5. Qaldırma zamanı nəfəsinizi mütləq saxlayın. Ekspertlərin sözlərinə görə bu ayaqlarınızı daha da yuxarı qaldırmağa kömək edəcək.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın