Home / QADINLAR  / Yataqda şəhvət və ehtiras

Yataqda şəhvət və ehtiras

Hər bir insan öz yarını axtarır. Bir gün gəlir, yar tapılır, hər şey yaxşı getdiyi halda, birdən hər şey çox darıxdırıcı olur. Bəli, insanlar şəhvət və ehtiras hissini öldürməməli, onu daim qıcıqlanmış saxlamalıdırlar. Bu münasibətlərin

şəhvət və ehtiras

Hər bir insan öz yarını axtarır. Bir gün gəlir, yar tapılır, hər şey yaxşı getdiyi halda, birdən hər şey çox darıxdırıcı olur. Bəli, insanlar şəhvət və ehtiras hissini öldürməməli, onu daim qıcıqlanmış saxlamalıdırlar. Bu münasibətlərin uzunömürlüyünün təminatçısıdır.

Stres vəziyyətlər

Gün ərzində biz insanlar ictimai nəqliyyatda, işdə, mağazada və sair yerlərdə stres keçirə bilirik. Mütəxəssislər iddia edirlər ki, stres seksual istəyi azaldır. Lakin “iştah diş arasındadır”. Yadda saxlayın ki, seks depressiya və stresə qarşı güclü silahdır. Seks qan təzyigini yaxşılaşdırır və bununla stres hormonlarını əmələ gəlməsinin qarşısını alır.

Daha çox fərqlilik

Şəhvət, sevgi və ehtiras – bundan yaxşı nə ola bilər? Eyni yataqda, eyni pozada sekslə məşğul olmaq bezdiricidir. Burada ehtiras barəsində söz gedə də bilməz. Seksual həyatı müxtəlif fantaziyalar ilə rəngarəng etmək olar. Eksperimentlərdən qorxmamaq lazımdır. Bəzən seksdən bir müddət uzaq qalmaqla da, ehtiras və şəhvət hissini oyatmaq olar.

Mübahisə və münaqişələr

Mübahisəsiz və münaqişəsiz cütlüklər yoxdur. Şəhvət hissi mübahisəyə səbəb olar bilər. Bu səbəbdən bunları əvvəlcədən cütlüklər müzakirə etməli və artıq sonra seksual həyatlarını normaya salmalıdırlar. Lakin əgər münasibətlər harmonikdirsə, ehtiras yataqda uzun müddət qorunacaqdır.

Daimi yorğunluq sindromu

Yaxşı və tam istirahət hər bir kəsə vacibdir. Yorğunluq intim münasibətlərə olduqca mənfi təsir göstərir. Gündəlik planınızı düzgün tərtib etməli, istirahət və yaxşı yuxu burada yer almalıdır. Bunun həlli seks ilə səhərlər məşğul olmaqdır. İnsan səhərlər enerjili olur.

Tək qalmağın vaxtıdır

Gündəlik işlər cütlükləri tək qalmağa qoymur. İnsanın ikinci yarısına vaxt belə çatmır. Bununla nəsə etmək lazımdır. Romantik şam yeməyi aranızdakı şəhvət hissini oyada bilər. Əgər vaxt yoxdursa, yataqda bir şeylər hazırlamaq olar. Sevən insanlar üçün hər bir an romantik ola bilər. Əsl sevgidə xarici faktorlar rol oynamır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın