Home / QİDA  / CLA: niyə lazımdır, faydası, zərəri

CLA: niyə lazımdır, faydası, zərəri

CLA güclü bir antioksidantdır. Yəni CLA-ya ancaq yağ yandırıcı olaraq baxmaq lazım deyil. CLA-nın yağ yandırmaqdan çox, yağı yığmağa maneə olan bir funksiyası var. Oturduğunuz yerdən yağ yandırın, zəifləyin kimi reklamlara əhəmiyyət verməyin, məşqə və qidalanmaya

CLA Supplements

CLA güclü bir antioksidantdır. Yəni CLA-ya ancaq yağ yandırıcı olaraq baxmaq lazım deyil. CLA-nın yağ yandırmaqdan çox, yağı yığmağa maneə olan bir funksiyası var.

Oturduğunuz yerdən yağ yandırın, zəifləyin kimi reklamlara əhəmiyyət verməyin, məşqə və qidalanmaya da diqqət yetirin. Çünki yağ yandırıcı məhsulların məqsədinizə xidmət etməsi üçün yenə məşq etmək lazımlıdır.

CLA niyə lazımdır?
CLA, Omeqa-6 doymamış yağ turşusudur. Bu maddə təbiətdə qırmızı ətdə çoxdur. Yağ yığılmasına maneə olmaqla yanaşı xərçəng hüceyrələrinin də yaranmasına maneə olur. İnsan orqanizmində olmadığı üçün, xaricdən qida vasitəsi ilə əldə edilir.

İnsan orqamizmdə yağları əmələ gətirən “Lipoprotein Lipaz” adlı bir ferment var. Bu ferment, yağların hüceyrələrdə yığılmasını təmin etmək üçündür. Bu ferment aclıq zamanı insanın ehtiyat enerjisi üçün ifraz olunur. Qadınlarda omba və bud, kişilərdə isə bel və qarın bölgəsində daha çox ifraz olunur. CLA bu fermenti məhdudlaşdıraraq bədənin yağ yığmasına maneə olur. Qidalardan aldığınız yağlar CLA ilə birlikdə hüceyrələrdə birləşə bilmir və hazır enerji olaraq qana qarışaraq istifadə edilir. Maksimum effekt üçün CLA qəbulu zamanı idmanla da məşğul olmaq lazımdır. İdmanla gələn enerji itkisi yağları daha tez əridicək.

CLA hansı qidada mövcuddur?
Süd, kərə yağı, mal və qoyun ətində var. Ən çox quzu ətindədir.

CLA ziyandırmı?
CLA ilə bağlı indiyə qədər bir əks təsir aşkarlanmayıb. Lakin istifadəsi əsnasında mütləq idman edilməlidir. Çünki bu maddə yağları bədəndə yığmayaraq qana qarışmasını təmin edir. Nəticədə idman etməyərək istifadə etmək qandakı yağ nisbətini artırır. Bu zaman isə faydadan çox zərər verir. Lakin nizamlı idmanla paralel istifadə edilə bilər.(muscle.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın