Home / BİZNES  / Kapitalistlərin sirləri

Kapitalistlərin sirləri

Maddi cəhətdən müstəqil necə olmaq olar? Kapitalist olmaq lazımdır. Kapitalistlər kimdir? Onların sirləri nədir? Kapitalistlər illik gəlirləri 350 min dollardan 500 min dollara qədər olanlardır. Dünya kapitalistlərin yalnız 10% var-dövləti vərəsə ilə əldə ediblər, digərləri öz

kapitalist

Maddi cəhətdən müstəqil necə olmaq olar? Kapitalist olmaq lazımdır. Kapitalistlər kimdir? Onların sirləri nədir?

Kapitalistlər illik gəlirləri 350 min dollardan 500 min dollara qədər olanlardır. Dünya kapitalistlərin yalnız 10% var-dövləti vərəsə ilə əldə ediblər, digərləri öz əmək, bilik və qabiliyyələri ilə varlanıblar. Bəs bunun sirri nədir?

Kapitalistin sirri № 1. Kapitalistin adi işçidən fərqi

Adi məmur, işçi, qulluqçu öz işindən asılı olur. Onlar hər gün işə getməli, işləməli və öz iş yeri üzərində “titrəməlidirlər”. Onlar işlərini itirdikləri zaman, həyat səviyyələri qəflətən aşağı düşür. Kapitalistin gəliri isə ondan birbaşa asılı olmur və nəsildən nəsilə keçə bilir.

Kapitalistin sirri № 2. Kapitalist üçün fəaliyyətin seçilməsi

Karyera yüksəlişi üçün uğurlu firmaya işə düzəlmək? Bu start üçün çox yaxşıdır. Lakin əksər hallarda biz hamımız bir gün hər hansı bir karyera yüksəlişində ilişib qalacayıq və heç bir inkişafdan söz getməyəcək. Son günə qədər həftədə 40 saat işləyəcəyik.

Lakin ələ insanlar var ki, onlar kapitalist yolunu seçirlər. Onlar adi iş yerinə getmirlər, öz işləri ilə məşğul olurlar. Kiçik biznes, startap və ya digər yollarla pul qazanmağa çalışırlar. Onlar 8 saatlıq iş yerinə risk etməyi sevirlər. Gələcəkdə isə eyni əziyyət nəticəsində daha varlı və imkanlı olurlar.

Kapitalistin sirri № 3. Pulun yaxşısı pisi olmur

Adi insanlar az qazansalar da daim yaxşı görkəmə malik olmaq istəyirlər və buna pullar tökürlər. Adi insanlar mühəndis, həkim, müəllim, vəkil kimi ixtisaslara meyl edirlər. Gələcəyin kapitalistlərinə isə pulun necə qazanılması vacib deyil. Pul puldur. Onlar santexnik, zibil yığan, seksşop işlədən və sair ola bilirlər. Kapitalistlər hər bir manat/dollarda yeni imkanlar görürlər.

Kapitalistin sirri № 4. Pulun dəyərini bilmək

Kapitalistlər pulun əsil dəyərini bilirlər. Adi insanlar izafi pulları olan kimi, mənasız yerlərə xərcləməyə tələsirlər. Bu səhv sizləri kasıb edəcək. Öz xərclərinizi nəzarət etməyə başlamalısınız. Xərclərinizi yazın və “qırağa” atın. Sizin kapital – sizin ağacınızdır. Ağacı daim sulamaq lazımdır. Əgər ağıllı olsanız artıq pulunuz çoxalacaq və bir işə pul yatıra biləcəksiniz. Bu kiçik bir başlanğıc olacaq.

Kapitalistin sirri № 5. Gəlirlərin və kapitalın planlaşdırılması

Kapitalistlər daim bir neçə əlaqəli olmayan işlər ilə məşğul olurlar. Əgər siz bir iş yerində işləyirsiniz isə, iş yerinin itirlməsini gözə almalısınız və bu zaman gəlirləriniziz sıfıra enəcəyini başa düşməlisiniz. Bu səbəbdən bir neçə ideya üzərində işləmək vacibdir. Əgər bir iş alınmasa, digərlərindən daim gəlir gələcək. Nəticədə yeni və daha prespektivli işə başlamağa imkanınız olacaq. Bütün pulları eyni işə qoymağa dəyməz.

Kapitalistin sirri № 6. Kapitalistlərin passiv gəlirləri

Passiv gəlirlər – sizin heçnə etmədiyiniz halda belə qazandığınız gəlirlərdir. Bu hər şey ola bilər: əmlakdan kirayə gəliri, aksiyalardan gəlir, biznesdən gəlir, sifarişlərdən faiz və sair.

Kapitalistin sirri № 7. Kapitalistlərin riski

Kapitalistlər bir işi görmək üçün illərlə gözləmirlər. Heç bir zaman ideal imkan və şərait olmayacaq. Adi insan heç bir zaman risk etmir. O, adi məktəbə, adi universitetə və adi işə gedir. Sonra da ortadan da az maaş alır. Gələcəyin milyonerləri isə riskə gedirlər. Onlar planlar qurur, ideyalara pul qoyur və yeni imkanlar əldə edirlər. Mütləq bir ideyanın tutacağına inanırlar və işləyirlər. Sonra isə adi insanlar kapitalistlərin bəxtlərinin gətirdiklərini deyirlər. Adi insanlar başa düşümürlər ki, bu “bəxt” deyil, uzun illər çəkilən əziyyətin nəticəsidir. Kapitalistlər fərqli düşünür və fərqli hərəkət edirlər. Risk uğura aparan əsas yoldur.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın