Home / XƏBƏRLƏR  / Naxçıvanda “avtoş” sürücü yoxdur

Naxçıvanda “avtoş” sürücü yoxdur

Naxçıvan Muxtar Respublikasının avtomobil yollarında 2015-ci il üzrə qayda pozuntularının statistikası açıqlanıb. Sürücülər barəsində qəbul edilmiş qərarlar üzrə cərimələrin məbləği 925 min 564 manat olub. Avtosfer.az-ın xəbərinə görə, Naxçıvan dövlət yol polisi idarəsinin rəisi, polis polkovnik-leytenantı

avtoş

Naxçıvan Muxtar Respublikasının avtomobil yollarında 2015-ci il üzrə qayda pozuntularının statistikası açıqlanıb. Sürücülər barəsində qəbul edilmiş qərarlar üzrə cərimələrin məbləği 925 min 564 manat olub.

Avtosfer.az-ın xəbərinə görə, Naxçıvan dövlət yol polisi idarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev deyib ki, 2015-ci ildə dövlət yol polisi əməkdaşları tərəfindən 22 min 998 yol hərəkəti qaydaları xətası, o cümlədən yolda müəyyən edilən sürət həddinin aşılmasına görə 2582, yol nişanlarının tələblərinə riayət etməyən 4822, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edən 125 nəfər aşkar edilib.

Bundan başqa, nəqliyyat vasitəsini vəkalətsiz idarə edən 714, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə edən 517, nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında telefonla danışan 129, təhlükəsizlik kəmərindən istifadə etməyən 1623, avtonəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən 288 nəfər aşkar olunub. Onlar barəsində inzibati qaydada tədbir görülüb.

A.Ağayev bildirib ki, yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qəbul edilmiş qərarlar üzrə cərimələrin məbləği 925 min 564 manat olub. İdarə rəisi qeyd edib ki, ötən il Naxçıvan Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən 2407 ədəd qeydiyyat nişanı, 5771 ədəd qeydiyyat şəhadətnaməsi, 2528 ədədi ilkin olmaqla, ümumilikdə, 4879 ədəd sürücülük vəsiqəsi verilib. 896 ədəd nəqliyyat vasitəsi ilkin, 4283 ədəd nəqliyyat vasitəsi isə təkrarən qeydiyyata alınıb. 703 nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılıb, 335 avtomaşın çıxdaş olunub. (Elmin, avtosfer.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın