Home / GÖRKƏM  / Cins şalavarlarda beşinci cibin təyinatı

Cins şalavarlarda beşinci cibin təyinatı

Hər kəs bilir ki, cinsdə sağ tərəfdə balaca cib var. Bunun təyinatı barəsində müxtəlif variantlar mövcuddur. İDOL.AZ onları sizə təqdim edir. Tarixə nəzər salsaq ilk dəfə balaca cib 1873-cü ildə Levi's cinslərində tikilib. Düzdü o zaman

cinsdə balaca cib

Hər kəs bilir ki, cinsdə sağ tərəfdə balaca cib var. Bunun təyinatı barəsində müxtəlif variantlar mövcuddur. İDOL.AZ onları sizə təqdim edir.

Tarixə nəzər salsaq ilk dəfə balaca cib 1873-cü ildə Levi’s cinslərində tikilib. Düzdü o zaman bu cib beşinci deyil, sayca dördüncü olmuşdur. Arxa ciblərin sayı bir idi.

Beləliklə beşinci cib niyə lazım idi:

1. Saat üçün cib

O zamanlar kişilər saatları qolunda deyil cibdə gəzdirirdilər. Məhz buna görə də cinslərdə bu beşinci cib tikilməyə başlayıb.

2. Güllə saxlanılırdı

Kovboylar üçün (cins məhz onlar üçün ilk dəfə hazırlanmışdır) saatdan vacib güllə olub. Onlar silahdan çox istifadə etdikləri üçün bu cibdə ehtiyat güllələri saxlayırdılar.

3. Qızıl üçün

Bəziləri iddia edirlər ki, bu qızıl dövrünə təsadüf edir. Beləki, qızıl axtaranlar bu cibə tapdığı qiymətli metalı yığırlarmış.

4. Pul kisəsi əvəzi

O zamanlar insanlar daha çox qəpikdən istifadə edirdilər. Bu zaman beşinci cib pul kisəsini rahatlıqla əvəz edirdi.

5. Alışqan üçün cib

Bəlkə də hər bir kəsin Zippo markalı alışqanı olub. Məhz bu alışqanın bütün ölçülərinə uyğundur bu cib.

6. Ən maraqsız variant

Burada deyilir ki, bu cib ilk öncə işçilərin rahatlığı üçün yaradılmışdr. Burada xırda detalları, alətləri, mismar və sair saxlamaq olur.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın