Home / İDMAN  / Bodibilderlərin əməl etdiyi TOP-4 qanun

Bodibilderlərin əməl etdiyi TOP-4 qanun

Bəzi idmançılar gündə 2-3 məşqə necə dözürlər? Əsas sirlərdən biri istirahətdir: onlar istirahətə, məşqə sərf etdikləri qədər vaxt ayırırlar. Əgər uzun və çətin və ya qısa və asan məşq etsəniz, lakin eyni zamanda istirahətə vaxt ayırmasanız,

Ryan Terry and Kirk Miller

Bəzi idmançılar gündə 2-3 məşqə necə dözürlər? Əsas sirlərdən biri istirahətdir: onlar istirahətə, məşqə sərf etdikləri qədər vaxt ayırırlar.

Əgər uzun və çətin və ya qısa və asan məşq etsəniz, lakin eyni zamanda istirahətə vaxt ayırmasanız, bütün zəhmətiniz hədər gedcək. Əzələ defsiti yaranacaq, nəinki artımı. Əgər çəkinizi artırmaq istəyirsiniz isə, bunlara əməl etməlisiniz.

Yuxu
Yuxu zamanı əzələ artımı hormonları ifraz olunur (testosteron və sair). Bu səbəbdən siz oyananda daha güclü olursunuz. Nəticə sadədir: gündə ən azı 8 saat yatın. İmkan varsa bunu 10 saat da edə bilərsiniz.

Masaj
Hər məşqdən əvvəl və sonra əzələlərinizi dartın və masaj elətdirin. Bu onları qızdırır və zədədən qoruyur. Yuxudan əvvəl “ağrılı yerlərinizi” isidin. Daha çox ayaq əzələlərinə diqqət ayırmaq məsləhət görülür. Nəticədə ağrı hissindən azad olmuş olacaqsınız. Üstəlik masaj stresdən qoruyur ki, bu da əzələ artımı üçün heç də az amil deyil.

Gəzintilər
Gəzən zaman qanın əzələlərə axını aktivləşir, nəticədə oksigen, xeyirli maddələr daha çox yayılır. Gündə ən azı 30 dəqiqəlik təmiz havada gəzinti sizin üçün vacib amildir.

Qida
Əzələ artımı üçün tikinti materialları lazımdır. Bunlarsız heç bir əzələ artımı olmayacaq. Hər həftə gündəlik kaloriy normanızı 100-200 kkal artırın. Bu prosesi əzələ artımın olduğunu hiss edənə qədər davam etdirin.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın